İş yoldaşını bıçaqlayan Röyala HÖKM OXUNDU
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə iş yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Röyal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Röyal İbrahimovun 1 il sınaq müddəti olmaqla, 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini elan edib.
Xatırladaq ki, hadisə ötən il Sulutəpə qəsəbəsində baş verib. Belə ki aralarında yaranmış mübahisə zamanı Röyal İbrahimov iş yoldaşı Ağamir Quliyevi bıçaqlayıb.
Röyal İbrahimov hüquq mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyət ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 08 Aprel 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















