Icma.az
close
up
RU
İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıb

İsa Qəmbərin xəyanət dosyesi: Antimilli şəbəkənin cavab vermək zamanı çatıb

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

AXCP və Milli Şuranın Rusiya ilə gizli əlaqələrinə dair ortaya çıxan faktlar 1980-ci illərin sonları, 1990-cı illərin əvvəlində mövcud olan AXC-Müsavat cütlüyünün Azərbaycanda xalq hərəkatını nəzarətdə saxlamaq üçün SSRİ DTK-sı (KQB) tərəfindən yaradıldığı məsələsini də aktuallaşdırıb. Faktlardan belə nəticə çıxır ki, 35 il öncə DTK-ya işləyənlərin sonrakı dövrdə Rusiya kəşfiyyatı ilə əlaqələri davam edib. Eyni şəxslərin 2013-cü ildə Milli Şura adı altında Rusiyanın dəstəyi ilə Azərbaycanda çevriliş planlarına xidmət etməsi də bunu təsdiq edir.

Moderator.az Publika.az-a istinadən yazır ki, hazırda Ramiz Mehdiyev işi ilə bağlı ortaya çıxan yeni faktlar diqqətin əsasən Əli Kərimlinin xəyanətlərinə yönəlməsinə səbəb olsa da, onun bu prosesdə tək olmadığı aydın görünür. AXC-nin yaranma prosesinə nəzər salındıqda xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyətlərində əsas "piyadalar"dan birinin İsa Qəmbər olduğu məlum olur. O, 1980-ci illərin sonunda müstəqillik uğrunda meydana çıxan xalq hərəkatının DTK-nın nəzarətinə keçməsində rol oynayan şəxslərdən biri hesab olunur.

Həmin dövrdə SSRİ DTK-sı digər respublikalarda olduğu kimi, Azərbaycanda da müstəqillik hərəkatlarını nəzarətə götürmək üçün analoji addımlar atmışdı. O zaman hərəkatda liderliyi ələ almağa yaxın olan təşkilatlardan "Çənlibel" daha fəal olsa da, DTK-nın bu təşkilata nüfuz etmək imkanları məhdud idi. Bu səbəbdən DTK alternativ təşkilat yaratmaq taktikasına əl atdı. İsa Qəmbərin siyasətə gəlişində "keçid qapısı" rolunu oynayan "Gənc alimlər klubu" məhz bu məqsədlə yaradılmışdı. Klubun Viktor Polyaniçkonun təşəbbüsü ilə formalaşması və onun ən çox dəstəklədiyi fiqurlardan birinin İsa Qəmbər olması təsadüfi deyildi.

Mövcud məlumatlar göstərir ki, DTK milli hərəkatı nəzarətə almaq üçün öz adamlarını "milli fəallar" kimi meydanda yerləşdirib planlaşdırılmış fəaliyyət yürüdürdü. İlk hədəf meydandakı prosesləri yatırtmaq idi. Bunun üçün həmin "fəallar" mitinqlərə müdaxiləyə zəmin hazırlayırdılar. İddialara görə, İsa Qəmbər 1988-ci ilin noyabr mitinqlərinin dağıdılması üçün bəhanə yaradılmasında aktiv rol oynayan şəxslərdən olmuşdu. Nümayiş Komitəsi bu prosesdə xüsusi canfəşanlıq göstərmiş, komitənin əsas qərargahı Müəllimləri Təkmilləşdirmə İnstitutunda yerləşirdi. Məlumatlara görə, Viktor Polyaniçko şəxsən komitəyə gəlir və burada İsa Qəmbər, Arif Hacıyev, Pənah Hüseynov, Fəhmin Hacıyev və Tofiq Qasımov kimi şəxslər əsas fəaliyyəti icra edirdilər.

Mitinqlərin dağıdılmasından sonra meydan DTK-nın nəzarətində qaldı. Azərbaycan Xalq Cəbhəsinin yaranması və İsa Qəmbərin "ziyalıların tərəfdarı" kimi önə çıxması da həmin dövrə təsadüf edir. AXC-nin nizamnaməsinin Bakı şəhər Partiya Komitəsində hazırlanması isə təşkilatın arxasında DTK-nın dayandığını göstərən mühüm detallardan biri hesab olunur. 1989-cu ildə AXC mitinqlərində kommunist fiqurların da aparıcı çıxışlar etməsi bu əlaqələrin təsadüfi olmadığını göstərir. Məsələn, 1989-cu il iyunun 4-də "Spartak" stadionunda keçirilən mitinqdə AXC-ni İsa Qəmbər və "Kommunist" qəzetinin redaktoru Cəmil Əlibəyov təmsil edirdilər.

1990-cı il Yanvar faciəsi zamanı yaşananlar isə İsa Qəmbərin DTK ilə gizli əməkdaşlığına dair şübhələri daha da gücləndirib. Açıq mənbələrdə yayılan məlumatlara görə, Viktor Polyaniçkonun yaratdığı "Gənc alimlər klubu" 20 Yanvar faciəsinin baş verməsinə zəmin hazırlayan strukturlardan biri olub. Həmin il Yanvarın əvvəlində AXC-nin konfransında qəsdən parçalanma yaradıldığı, nəticədə radikal qanadın Müdafiə Şurası qurduğu bildirilir.

20 Yanvar zamanı, xalqı meydanlara çağıran İsa Qəmbərin qəfil yoxa çıxması onun DTK ilə əlaqələrinə dair iddiaları gücləndirən əsas məqamlardandır. Meydan hərəkatının fəallarından Zərdüşt Əlizadənin sözlərinə görə, İsa Qəmbəri qoruyanlardan biri Yanvar qırğınının təşkilatçılarından olan Yevgeni Primakov olub. Primakov qırğından əvvəl Əbülfəz Elçibəy və İsa Qəmbərlə görüşmüş, İsanı "çox qiymətli kadr" kimi xarakterizə edərək onun qorunmasını tapşırmışdı.

İddialara görə, Yanvarın 19-da AXC fəallarına qarşı "əməliyyat" müzakirə edilərkən Viktor Polyaniçko İsa Qəmbər haqqında "İsa Kambər - naš çelovek!" ("İsa Kəmbər - bizim adamımızdır!") deyərək onun təhlükəsizliyinin təmin edilməsinə göstəriş verib. Hadisələr baş verən vaxt İsa Qəmbərin Vaqif Səmədoğlunun evində olması və məhz ora yönləndirilməsinin Polyaniçkonun tapşırığı ilə baş verməsi ehtimal edilir.

Hadisələrdən sonra İsa Qəmbər DTK-nın təlimatı ilə Şimali Azərbaycan Demokrat Partiyasının yaradıldığını elan etsə də, daha sonra Müsavat Partiyasının bərpası həyata keçirildi. Bu, zahirən Azərbaycan Xalq Cümhuriyyəti ideyalarının davamı kimi təqdim olunsa da, əslində DTK-nın bu siyasi mirası da nəzarətinə götürməsi ehtimalını gücləndirir. Müsavatın yaradılması ideyasının Türkiyədə SSRİ-yə yaxın dairələrlə əlaqələri olan şəxslər tərəfindən təşviq edilməsi də şübhələri artırır.

AXC-Müsavat hakimiyyəti dövründə vəzifələrdə irəliləyən İsa Qəmbər daha sonra müxalifətə keçsə də, Rusiya kəşfiyyatı ilə əlaqələrini davam etdirdiyi iddia olunur. Onun Bakı-Ceyhan əvəzinə Bakı-Şimali İran marşrutunu müdafiə etməsi də Rusiyanın həmin dövr maraqları ilə üst-üstə düşürdü. 1999-cu ildə VHP qərargahında İran səfirliyinin nümayəndələrinin olduğu tədbirdə İsa Qəmbərin "hakimiyyətə gəlsək, neft kəmərinin Bakı-Şimali İran marşrutuna üstünlük verəcəyik" deməsi də bu istiqamətdə qeyd olunur.

İsa Qəmbərin müxtəlif auditoriyalarda fərqli siyasi mövqelər nümayiş etdirməsi - Türkiyədə türkçü, Rusiyada avrasiyaçı, Avropada liberal, İslam dünyasında dindar kimi çıxış etməsi - onun hakimiyyət uğrunda müxtəlif siyasi rollara girməyə hazır olduğunu göstərir. Lakin onun əsas dayağının uzun illər Rusiya olduğu iddia edilir. DTK arxivlərinin açılmasına qarşı çıxması da məhz bu əlaqələrin ifşa olunacağı qorxusu ilə izah olunur.

Əbülfəz Elçibəy dövründə DTK arxivlərinin açılması tələbinin çox yüksək olmasına baxmayaraq, bu məsələ reallaşmadı. Elçibəy bildirmişdi ki, arxivlər açılsa, komandasındakı bir çox şəxsin DTK ilə əməkdaşlığı üzə çıxacaq. Bu siyahının Milli Təhlükəsizlik Nazirliyinin o dövr müavini Sülhəddin Əkbər tərəfindən hazırlandığı, lakin tədbir görülmədiyi bildirilir. Sonradan yayılan məlumatlarda həmin siyahıda İsa Qəmbərin də adının olduğu iddia olunub.

DTK-nın İsa Qəmbəri müxtəlif şəxslərlə bağlı kompromatlarla təmin etdiyi və onun bu məlumatlardan siyasi təsir vasitəsi kimi istifadə etdiyi də deyilir. 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətində müəyyən vəzifələrə gətirilən şəxslərin daha sonra Müsavata axın etməsinin də bu şantaj mexanizmi ilə bağlı olduğu ehtimal edilir.

Bütün bunlar 1980-ci illərdən başlayan DTK əlaqələrinin 2013-cü ildə Milli Şuranın yaradılmasına qədər davam etməsini göstərir. Hazırda yalnız Əli Kərimlinin məsuliyyətə cəlb olunması xəyanət şəbəkəsinin tam ifşası üçün kifayət etmir. 35 il boyunca yaşananlar göstərir ki, AXC-Müsavat xəttindən gələn və Milli Şura ətrafında cəmləşən şəxslərin əməlləri də araşdırılmalı və siyasi qiymət verilməlidir. Dövlət təhlükəsizliyinin təmin edilməsi üçün bu şəbəkənin tamamilə neytrallaşdırılması zəruri sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Dekabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri