Icma.az
close
up
RU
İşarət dili geri dönür: Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır

İşarət dili geri dönür: Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qulu Məhərrəmli: “Kadrlar var, yetər ki, televiziyalar qanunun tələbinə əməl edib xüsusi kateqoriyaya aid insanlarımızın məlumatlanmasını həyata keçirsinlər”



Televiziyalar qarşısında qoyulan yeni tələb əlilliyi olan şəxslərə informasiyaların çatdırılması məqsədilə işarət dilindən istifadə edilməsidir. Yeni tələb Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən sözügedən qanunda istifadə olunan anlayışlara Azərbaycan işarət dili də əlavə edilib. Layihəyə əsasən, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi deməkdir. Qanuna əlavə edilən yeni 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Məlumdur ki, eşitmə və nitq qüsurlu şəxslər öz aralarında işarət dili ilə ünsiyyət saxlayır. İnformasiyaların işarət dili ilə çatdırılması da xüsusi bir ixtisasdır və bu sahənin mütəxəssisləri tərəfindən icra olunur. Dünyada bunun xeyli örnəyi var. Bir çox televiziyalar uzun illərdir informasiya proqramlarını, hətta bəzi sosial məzmunlu verilişlərdə bəlli tele-aparıcılarla yanaşı, xüsusi kateqoriyadan olan tamaşaçılara işarət dili ilə müraciət edən aparıcılar da dəvət edir. Son illərdə bir sıra filmlərin alt yazılarla təqdim edildiyini, filmlərin işarət dili ilə müşayiət olunduğunu da görürük. İşarət dili mütəxəssisləri harada, necə hazırlanır? Və bizdə belə kadrlar varmı? 


Əməkdar jurnalist, uzun illərdir BDU-nun televiziya jurnalistikası və Multimedia və elektron kommunikasiya kafedralarının professoru Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında qeyd etdi ki, qanunda edilən dəyişikliyin əhəmiyyətini vurğulamaq lazımdır. 

seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Fevral 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri