Icma.az
close
up
RU
Xankəndidə Kommunikasiya İşçi Qrupunun növbəti iclası

Xankəndidə Kommunikasiya İşçi Qrupunun növbəti iclası

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Kommunikasiya üzrə İşçi Qrupunun növbəti iclası Xankəndi şəhərində keçirilib.

İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğunun təmin edilməsi, dayanıqlı məskunlaşma prosesinin təşviqi və digər istiqamətlər üzrə ictimaiyyətin davamlı məlumatlandırılması, eləcə də müvafiq təbliğat və təşviqat işləri həyata keçirilir. Bu istiqamətdə kommunikasiya fəaliyyətinin daha sistemli və intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, maarifləndirmə fəaliyyəti çərçivəsində seminarlar, dəyirmi masalar, konfranslar və görüşlər təşkil olunub, müxtəlif məlumat və təbliğat materialları hazırlanaraq yayılıb. Ümumilikdə, bu istiqamətdə 1600-dən çox tədbir keçirilib. 2020-ci ildən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə 400-dən çox mediatur, gənclər, ictimai fəallar və blogerlər üçün 100-dən çox infotur təşkil edilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ərazilərə 22 səfəri həyata keçirilib.

Eyni zamanda, 1600-dən çox press-reliz hazırlanaraq media vasitəsilə ictimaiyyətə çatdırılıb, sosial media platformalarında müxtəlif mövzular üzrə 27 minə yaxın paylaşım edilib və həmin paylaşımlar milyonlarla sosial media istifadəçisini əhatə edib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və məskunlaşma prosesini əks etdirən çoxsaylı videomateriallar hazırlanaraq yayımlanıb.

İclas zamanı İşçi Qrupun üzvlərinin təqdimatları dinlənilib, kommunikasiya fəaliyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, yeni təşəbbüslər və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri