Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

İşçiyə 21 gündən az məzuniyyət verilməsi qanunidirmi?

İşçiyə 21 gündən az məzuniyyət verilməsi qanunidirmi?

Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İş məzuniyyəti işçilərin istirahət etməsi, sağlamlığını bərpa etməsi və əmək qabiliyyətini qoruması üçün qanunvericiliklə təmin olunan əsas hüquqlardan biridir. Məzuniyyət dövründə işçinin əmək yeri və vəzifəsi saxlanılır, qanunla nəzərdə tutulan hallarda isə məzuniyyət haqqı ödənilir. Əmək Məcəlləsi işçilərin müxtəlif növ məzuniyyətlərdən istifadə hüququnu və bu hüququn təmin edilmə qaydasını müəyyən edir. İşçilərə ödənişli əsaslarla məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 

Bəs 21 gündən az məzuniyyət vermək qanunidirmi?

Hüquqşünas Etibar Qarayev Banco.az-a açıqlamasında bildirib ki, əmək münasibətlərində işçilərin ən çox verdiyi suallardan biri məzuniyyət hüququ ilə bağlıdır:

"Xüsusilə bəzi hallarda işçilərə 21 gündən az məzuniyyət təklif olunur və ya faktiki olaraq bu müddətdən az istirahət verilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin istirahət hüququnu əmək hüquqlarının mühüm elementlərindən biri kimi qoruyur və məzuniyyətin minimum müddətini dəqiq müəyyən edir. Qanunvericiliyin məqsədi işçinin əmək qabiliyyətinin bərpasını, sağlamlığının qorunmasını və normal istirahət imkanlarının təmin edilməsini təmin etməkdir".

Qanun minimum neçə gün məzuniyyət nəzərdə tutur?

E. Qarayevin sözlərinə görə, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən işçilərə verilən illik ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmamalıdır: "Burada vacib məqam ondan ibarətdir ki, 21 gün maksimum deyil, minimum həddir. İşəgötürən işçiyə daha çox məzuniyyət verə bilər, lakin bu müddəti azaltmaq hüququna malik deyil.

Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə;

b) inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə;

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; 

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.

6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır".

Əmək müqaviləsində 21 gündən az məzuniyyət göstərilə bilərmi? 

- Xeyr.

Hüquqşünas qeyd edib ki, Əmək Məcəlləsinin bu sahədəki tələbi imperativ xarakter daşıyır: "Bu o deməkdir ki, tərəflər öz aralarında razılığa gəlsələr belə, qanunla müəyyən edilmiş minimum məzuniyyət müddətini azalda bilməzlər.

Başqa sözlə, əmək müqaviləsində, müəssisədaxili qaydalarda və ya işəgötürənin hər hansı qərarında 21 gündən az məzuniyyət nəzərdə tutulubsa, həmin şərt hüquqi qüvvəyə malik hesab edilmir. İşçi belə bir sənədə imza atsa belə, qanun onun minimum 21 günlük məzuniyyət hüququnu qorumağa davam edir".

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://banco.az
archiveBu xəbər 17 İyun 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see455

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see330

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see318

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see303

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see302

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see297

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see273

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see259

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see256

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see236

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see230

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see221

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see221

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see218

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see209

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see207

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see204

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see203

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see198

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri