Icma.az
close
up
RU
İşdə məhəbbət macərasının Lyudmilası: Bu hadisə sağ qalmağıma kömək etdi FOTO

İşdə məhəbbət macərasının Lyudmilası: Bu hadisə sağ qalmağıma kömək etdi FOTO

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İşdə məhəbbət macərası"nın "Lyudmila"sı Alisa Freyndlix 90 yaşını qeyd edir. Aktrisanın 70 ildir davam edən əmək fəaliyyətinə 50-dən çox film və serial daxil olub.

Kino həvəskarları onu "İşdə məhəbbət macərası" filmindən yaxşı tanıyırlar. Eldar Ryazanovun bu məşhur filmi sovet dövründən bayramları, televiziya efirlərini bəzəyir. Bir vaxtlar bizi "təbiətdə pis hava yoxdur", - deyə inandıran ən saf sopranonu kim sevmir? Lakin Alisa Freyndlix nəinki "İşdə məhəbbət macərası"nda oxudu, o, filmdə sovet kinosunun bütün tarixində ən təsirli təsvirlərdən birini yaratdı. Onun ixtiyarında yalnız kinorejissor Vladimir Naxabtsevin kamerası və vaxtaşırı aldığı fransız "Lancome"dan kompakt-pudrası vardı. Amma bu, Alisanın çəkildiyi kadrların mütləq xoşbəxtlik və solmayan gözəlliklə parlaması üçün kifayət idi.

Daha sonra aktrisa müsahibələrində izah etdi ki, ümumiyyətlə, o, çox qeyri-fotogenikdir, bütün operatorlar onunla çox əziyyət çəkirlər. Belə çıxır ki, kinoda Freyndlixin "sehrli nöqtəsi" var, sadəcə onu tapmağı bacarmaq lazımdır.

Milli.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

90 yaşında aktyorluq

Alisa Freyndlix bu günlərdə 90 yaşını qeyd edir. Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə aktrisa 1-ci dərəcəli "Vətənə Xidmət" ordeni ilə təltif edilib. "90 yaşında aktyorluqla məşğul olmaq uyğunsuzdur, amma səhnə ilə vidalaşmaq da inanılmaz dərəcədə çətindir", - deyə aktrisa münasibət bildirib.

Böyük aktrisa nadir hallarda müsahibə verir. Amma 90 illiyi ilə bağlı eksklüziv müsahibəyə razılıq verib. Şəxsi həyatı haqqında danışmağı sevmir. Bununla belə onun ilk əri - aktyor və dramaturq Vladimir Karasyovla cəmi üç il birlikdə yaşadığını hamı bilir. İkinci əri - "Lensovet" Teatrının bədii rəhbəri İqor Vladimirovla evliliyi səs-küylü boşanma ilə başa çatıb. Aktrisanın üçüncü seçimi - aktyor və rəssam Yuri Solovey 14 illik evliliyi dövründə heç vaxt "sadəcə ulduzun əri" roluna alışa bilməyib.

Aclıq, qorxu və arzularla dolu illər

"Həyatımın ilk illəri işıq, hərarət və sevinclə dolu olub. Sonra müharibə başladı. Leninqradın mühasirəsinin dəhşətli dövründə anam və nənəm Şarlotta Fridrixovna mənim yanımda qaldılar. Mənim üçün ən böyük sevinc yuxudan duranda idi - kiçik boşqabda həmişə günəbaxan jmıxı olurdu. Çörək kiçik hissələrlə və saata uyğun olaraq verilirdi. Saata baxıb, əqrəblərin nə vaxt məlum rəqəmin üstündə dayanacağını səbirsizliklə gözləyirdim. Yuyunmaq üçün xizəkdə qar gətirirdik. Nənəm tərəfindən qurulan ciddi nizam mənim sağ qalmağıma kömək etdi. O günlərin çətin, qorxulu, uşaqlıq təəssüratı yaddaşımda qaldı. Biz blokadadan sağ çıxanların təbəssümə xüsusi ehtiyacı var idi..." - deyə aktrisa xatırlayır.

Mühasirə illərində Alisanın öz arzusunun reallaşacağına inamı sönüb. Amma ailəsi istəməsə belə, ilk cəhdində Leninqrad Teatr İnstitutuna daxil olub. Əvvəlcə müəllimlər, sonra tamaşaçılar ona inanıb. "Lensovet" Teatrının əfsanəvi "Balaca və Karlson" tamaşası həm uşaqların, həm də böyüklərin ürəyini fəth edib. Alisa Freyndlixi "Kid", Anatoli Ravikoviçi isə "Karlson" rolunda görmək üçün başqa şəhərlərdən Leninqrada gəlirdilər...

O vaxtdan aktrisanın 70 ildən artıq davam edən səhnə və kino həyatı başlayıb. Ümumilikdə, Alisa 50-dən çox film və serialda rol alıb. Aktrisa hələ də Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının tamaşalarında iştirak edir. Oleq Basilaşvili ilə birlikdə "Bir yay" tamaşasında səhnəyə çıxır. Alisa etiraf edib: "Artıq beş ildir ki, özümə "dur!" deyirəm. Səhnədə peşəyə və həyatın cəlbediciliyinə, tamaşaçılarla ünsiyyətə, onların enerjisi ilə qidalanmaya aşiq olmamaq inanılmaz dərəcədə çətindir, bu, nəfəsalma kimi lazımdır. Amma başa düşürəm ki, 90 yaşında aktyorluqla məşğul olmaq da düzgün deyil. Mən bunun fərqindəyəm, ancaq bu enerjidən də ayrıla bilmərəm. Düşünürəm ki, tamaşaçılar mənimlə yaxşıca ayrılacaq və bunu başa düşəcəklər".

Kənddəki sakit həyat

Alisa Freyndlixlə şəhərdə də rastlaşmaq olar, baxmayaraq ki, onu tanımaq çətindir, çox dəyişib. Aktrisa sadə geyinir və diqqəti cəlb etməməyə çalışır. Qonşular isə onu evinin yaxınlığındakı supermarketdə tez-tez görürlər. İnsanların onunla selfi çəkdirməyi xahiş etməsinə nifrət edir. Bu səbəbdən şəhərdə az görünməyə çalışır.

Aktrisa vaxtının çox hissəsini Komarovodakı bağ evində keçirir. Bu, bütün sovet elitasının - şairlərin, yazıçıların, akademiklərin, hərbçilərin yaşadığı unikal bağ kəndidir. Freyndlix bir neçə il əvvəl Sankt-Peterburqun fəxri sakini olanda meşə yaxınlığında torpaq sahəsi alıb və orada Skandinaviya üslubunda sadə bir ev tikib. Kənd kiçikdir, hamı bir-birini tanıyır, amma qonşular aktrisanı narahat etməməyə çalışırlar. Freyndlix sakit, demək olar ki, təkbaşına yaşayır. Hətta belə gözəl bir tarixə - 90 illiyinə - Vaqanova adına Rus Balet Akademiyasının rektoru Nikolay Siskaridzeyə yalnız bir müsahibə verməyə razılaşıb. "Komarovo əvvəllər mehriban kənd olub: hamı bir-birini ziyarət etməyə gedir, böyük dəstələrlə öz bağlarına toplaşırdılar. İndi bu ənənə sıradan çıxır..." - deyə gileylənib.

Amma bu yaxınlarda kənd sakinləri üçün möcüzə baş verib: aktrisa yerli Kellomyaki-Komarovo muzeyində görünərək qonşularını təəccübləndirib. Burada kəndin tanınmış sakinlərinin əşyaları toplanır. Alisa Freyndlix şəxsi əşyaları və fotoşəkillərini də gətirib, pərəstişkarları ilə görüş keçirib. Sərgiyə bir neçə əşya da bağışlayıb.

Sülh arzusu

Alisanın qızı Varvara bəzən filmlərdə rol alır və anası ilə eyni tamaşada oynayır. Aktrisanın iki nəvəsi və üç nəticəsi var. Nəvəsi Nikita məşhur prodüserdir. "Həyatda hər şeyiniz var. Başqa nə istəyirsiniz?" sualına Alisa Freyndlix - "Sülh. Mənə elə gəlir ki, hazırda çox gərgin həyat sürürəm..." - deyə cavab verib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Dekabr 2024 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri