Icma.az
close
up
RU
“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar”

“İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar”

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“20 ildir “Azeri MI Drilling Fluids Ltd” neft şirkətində işləyirəm. İstehsalat zamanı xəsarət alsam da, şirkət kompensasiyamı ödəmir və üstəlik, məni işdən azad edib”.

Hurriyyet.az xəbər verir ki, bu iddia ilə “qafqazinfo”ya Teymur Məmmədquliyev müraciət edib.

O, 2004-cü ildən sözügedən şirkətdə supervayzer vəzifəsində çalışıb: “2022-ci ildə iş vaxtı, iş yerində xəsarət aldım. Sağ bilək aypara sümük sınığı və sol ayaq pəncəsinin sınığına görə iki dəfə əməliyyat olundum. Bu günə kimi fiziki funksional pozğunluq qalıb. Bunu təsdiq edəcək bütün sənədlərim var. İş vaxtı xəsarət almağıma baxmayaraq, şirkət tərəfindən heç bir köməklik, maddi yardım olunmayıb. Eyni zamanda mənə əmək qabiliyyətinin itirilməsi günləri üçün ödəniş düzgün hesablanmayıb. 2023 cü il sentyabr ayından isə bu ödənişlər tam dayandırılıb. Halbuki 9 dekabr 2022-ci il tarixindən 16 may 2024-cü ilədək xəstəlik vərəqəsi davam edirdi. Bununla bağlı Əmək Müfəttişliyi Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna müraciətlər etmişəm. Müfəttişlik tərəfindən NK-27 saylı qərara uyğun təhqiqat aparılıb. İZ aktına (İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydası) əsasən şirkət təqsirli sayılıb və cərimələnib. Aktdan əlavə, DSMF-nin 6 fevral 2024 ci il  № 3-17-1/2-M-27276/2024  sənədində də şirkətin günahkar olduğu təsdiqlənib”.

Vətəndaşın sözlərinə görə, dəfələrlə Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı müraciət etməyinə baxmayaraq, heç bir nəticə yoxdur: “Şirkət mənə xəstə olduğum günlərə görə 25-30 min manat borcludur. Buna görə mən onları məhkəməyə vermişəm. Bunu biləndən sonra bir neçə ay mənə 500-1000 manat pul verdilər. Məhkəmə prosesi gedə-gedə bilindi ki, mənim maaşım əslində 3720 manatdır, amma şirkət əməkhaqqımı 3400 manatdan hesablayıb.

Ötən ilin mayın 16-dan işə çıxmağa başladım. Şirkət mənə dedi ki, zədələnmiş xəstə adamsan, sənin üçün burada iş yoxdur, ərizə yaz, çıx. Mən rəis idim və fiziki pozğunluğum sadəcə 20%-dir, amma işləməyə icazə vermədilər. Halbuki mən bu şirkətə görə şikəst olmuşam. Dedilər ki, müqaviləni yeniləyək 500 manat əməkhaqqı ilə işlə. Təbii ki, bununla razılaşmadım və məni oktyabrın 1-i 2024-cü il tarixində 67 C maddəsi ilə işdən azad etdilər”.

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı məhkəmə prosesi hələ də davam edir.

Teymur Məmmədquliyevin bizə təqdim etdiyi “İstehsalatda bədbəxt hadisə haqqında” Aktdan da görünür ki, o, dəmir çərçivəni konteynerin mərkəzinə yerləşdirmək istəyən vaxt həmin dəmir çərçivə ilə konteynerin giriş-çıxışı olmayan hissəsində işlədiyindən dəmir çərçivə yırğalanan zaman künc hissəsi ilə onun sağ əlini və sol ayağını zədələyib, nəticədə xəsarət alıb.

İddialara aydınlıq gətirmək məqsədilə sözügedən “Azeri MI Drilling Fluids Ltd” şirkəti ilə əlaqə saxladıq. T.Məmmədquliyevin narazılıqlarına cavab tapmaq istəsək də, şirkətdən yalnız rəsmi sorğu məktubu ünvanladıqdan sonra cavab verə biləcəklərini bildirdilər. Rəsmi məktubu elektron poçt vasitəsilə göndərmək istədikdə isə, onu qəbul etməyəcəklərini, yalnız fiziki sənədlə ofislərinə yaxınlaşaraq təqdim etməyimizi tələb etdilər. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Yanvar 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri