Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İşdən bezmisiniz? Təhlükə düşündüyünüzdən KONKRET

İşdən bezmisiniz? Təhlükə düşündüyünüzdən KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşdən bezmək, səhərlər işə getmək istəməmək, həftənin əvvəlini gərginliklə qarşılamaq bir çox insan üçün tanış haldır. Mütəxəssislər deyirlər ki, bu hiss təkcə “yorğunluq” və ya “əhvalsızlıq” deyil. Uzun müddət davam edəndə insanın psixoloji vəziyyətinə, münasibətlərinə və fiziki sağlamlığına da təsir edə bilər.

KONKRET.az xəbər verir ki, mövzuya dair son qlobal məlumatlar da problemin geniş yayıldığını göstərir. “Gallup”un 2025-ci il “State of the Global Workplace” hesabatına görə, dünyada çalışanların cəmi 21 faizi özünü işinə bağlı hiss edir. Eyni hesabatda bildirilir ki, əməkdaşların 51 faizi yeni iş tapmağın hazırda mümkün olduğunu düşünür.

Mütəxəssislərin fikrincə, insan işindən uzun müddət narazı qalanda bu, tədricən emosional tükənməyə çevrilə bilər. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, əlverişsiz iş mühiti, həddən artıq iş yükü, aşağı nəzarət imkanları, qeyri-müəyyənlik, ayrı-seçkilik və iş təhlükəsizliyi ilə bağlı narahatlıq psixi sağlamlıq üçün ciddi risk yaradır. Təşkilatın məlumatına görə, hər il dünyada depressiya və təşviş səbəbindən 12 milyard iş günü itirilir və bunun iqtisadi dəyəri təxminən 1 trilyon dollardır.

Bu narazılıq bəzən sadəcə “işimi sevmirəm” cümləsi ilə başlayır. Amma davam etdikcə yuxu pozuntusu, daimi əsəbilik, diqqətin zəifləməsi, həftəsonu belə dincələ bilməmək, işə qarşı laqeydlik və özünü faydasız hiss etmək kimi əlamətlərlə dərinləşə bilir.

Psixiatrlar bildirirlər ki, işdən narazılığın səbəbi hər zaman maaş olmur. Bəzən əsas problem rəhbərlə münasibət, kollektivdə gərginlik, qeyri-müəyyən vəzifələr, həddindən artıq nəzarət və ya inkişaf imkanlarının olmamasıdır. Başqa hallarda isə insanın şəxsi dəyərləri ilə gördüyü iş arasında uyğunluq olmur. Belə vəziyyətdə narazılıq zamanla daxili təzyiqə çevrilir.

Mövzu ilə bağlı açıqlamalarında ispaniyalı psixiatr və psixoterapevt Karlos Senalmor iş yerindəki tükənmənin çox vaxt səssiz başladığını bildirir. Psixiatra görə, təhlükəli məqam odur ki, bir çox insan tükənməni adi iş həyatı kimi qəbul edir və yardım axtarmağa gecikir. Onun iş stresi ilə bağlı yazılarında qeyd olunur ki, bu birdən yaranmır, yavaş-yavaş toplanır və insan bir gün həm fiziki, həm də emosional olaraq tamamilə yorulduğunu anlayır. Psixiatr əsas xəbərdarlıq əlamətləri kimi daimi yorğunluq, işə qarşı soyuma, kinli münasibət, motivasiyanın itməsi və “nə etsəm də çatmır” hissini göstərir.

Bəs belə vəziyyətdə nə etmək lazımdır?

Mütəxəssislər ilk növbədə problemi adlandırmağı vacib sayırlar. Yəni insan özü üçün aydınlaşdırmalıdır: bu, sadəcə ağır bir həftənin yorğunluğudur, yoxsa artıq davamlı narazılığa çevrilib? Əgər işdən çıxandan sonra da beyin sakitləşmirsə, insan evdə də özünü gərgin hiss edirsə, səhər oyananda ilk hiss yorğunluq olursa, məsələni kiçiltmək düzgün deyil.

İkinci vacib addım sərhəd qoymaqdır. Karlos Senalmor yazır ki, daimi əlçatan olmaq, hər tapşırığa “hə” demək və fasiləsiz işləmək tükənməni sürətləndirir. Onun fikrincə, iş saatından sonra qismən də olsa rəqəmsal ayrılma, bildirişlərin dayandırılması və şəxsi vaxtın qorunması zehni bərpa üçün lazımdır.

Üçüncü məsələ bədənin verdiyi siqnalları görməzlikdən gəlməməkdir. İspan psixiatr qeyd edir ki, yuxusuzluq, davamlı gərginlik, baş və boyun ağrıları, sinədə sıxılma, mədə narahatlığı kimi əlamətlər bəzi hallarda uzunmüddətli iş stresinin fonunda güclənə bilər. Bu zaman təkcə motivasiya videoları və ya qısa istirahət həmişə kifayət etmir. 

Əlbəttə, hər iş narazılığı istefa ilə nəticələnməlidir demək düzgün olmaz. Ancaq mütəxəssislər vurğulayırlar ki, vəziyyət aylarla davam edir, narahatlıq artır, yuxu pozulur, iş performansı zəifləyir və insan gündəlik həyatından zövq almırsa, bu halda psixoloq və ya psixiatrla danışmaq faydalı ola bilər. Çünki problem vaxtında həll olunmadıqda təkcə karyeraya yox, ümumi həyat keyfiyyətinə də təsir edir. \\yenisabah

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Mart 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri