Icma.az
close
up
RU
İşə düzəltmək adı ilə 7724 manatlıq dələduzluq

İşə düzəltmək adı ilə 7724 manatlıq dələduzluq

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hərbi xidmətə işə düzəltmək adı ilə bir neçə nəfəri aldadaraq onlardan pul alan şəxs məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmadığı halda tanışlarına onları hərbiçi kimi işə düzəldəcəyini vəd edib. O, bu yolla vətəndaşların etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.

Araşdırma zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr-noyabr aylarında zərərçəkmişlərdən birindən hissə-hissə ümumilikdə 4100 manat pul alaraq mənimsəyib. Bundan başqa, digər iki zərərçəkmişdən müvafiq olaraq 1100 manat və 2524 manat məbləğində vəsaiti eyni üsulla əldə edib.

Beləliklə, o, ümumilikdə 7724 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq əməli törədib.

Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə tövsif edib. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Hökmə əsasən, o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl çıxarılmış hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəza müddətindən çıxılıb və üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri