Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

İşğaldan azad edilmiş Qarabağda yeni dövr başlayıb, Böyük Qayıdış uğurla reallaşır ŞƏRH

İşğaldan azad edilmiş Qarabağda yeni dövr başlayıb, Böyük Qayıdış uğurla reallaşır ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 may, AZƏRTAC

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti sayəsində işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması sürətlə davam edir. Erməni vandalizmi nəticəsində dağıdılmış Qarabağımız yenidən qurulur. Azərbaycan dövləti ərazilərin bərpasına və “Böyük Qayıdış” Proqramının icrasına xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyev görülən işləri şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər edərək yeni təməlqoyma, açılış mərasimlərini gerçəkləşdirir. Mayın 9-da və 10-da dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə Şuşada, Ağdamda yeni belə tədbirlər baş tutub.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər etmələri, Şuşada yeni təməlqoyma və açılış mərasimlərinə qatılmaları xüsusi məna kəsb edir. Dövlətimizin başçısı Şuşadan və Ağdamdan dünyaya mütləq və tam Qələbə mesajlarını çatdırıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 10-da - ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ümumxalq məhəbbəti ilə qeyd olunduğu bir tarixdə Ağdamda açılış və təməlqoyma tədbirlərinə qatılmaları da böyük rəmzi məna daşıyır. İşğala son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Ulu Öndərin ən böyük arzusu idi. Artıq Ulu Öndərin ruhu şaddır.

Deputatın sözlərinə görə, otuz illik işğal dövründə erməni faşizmi torpaqlarımızı viran qoyub. Qarabağdakı sərhəd tanımayan dağıntılar, son vaxtlarda aşkar olunan kütləvi məzarlıqlar, minalanmış ərazilər əyani şəkildə təsdiqləyir ki, ermənilərin “mədəni xalq” iddialarının hansısa bir əsası yoxdur. Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında erməni faşizminin mahiyyətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi”. Ancaq ermənilər və onların havadarları bir şeyi hesablaya bilməmişlər: Bu da Azərbaycan xalqının iradəsi, əyilməz milli ruhu və torpağa olan bağlılığımızdır. Biz heç vaxt torpaqlarımızın işğal altında olması faktı ilə barışmadıq. Prezident İlham Əliyev Qarabağ məsələsini daim Azərbaycanın gündəliyinin mərkəzində saxladı, iqtisadiyyatı, ordunu gücləndirməklə ölkəmizi qələbəyə hazırladı. Cəmiyyətimiz də vahid amal, əsas ümummilli ideyamız ətrafında sıx birləşdi. Dövlətimizin başçısının bildirdiyi kimi, artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Xalqımızın güclü həmrəyliyi sayəsində biz mütləq və tam Qələbə qazandıq. Bu Qələbə tarixdə əbədi qalacaq və Azərbaycan xalqı qürurlu xalq kimi yaşayacaq.

Pərvin Kərimzadə qeyd edib ki, mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda çoxsaylı tədbirlərə, o cümlədən Kəngərli kənd körpələr evi-uşaq bağçasının, tam orta məktəbin açılışına qatılıblar, klub-icma mərkəzində, yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olublar. Kəngərli kəndinin birinci mərhələsinin açılışı baş tutub. Prezident İlham Əliyev Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Dövlətimizin başçısı sakinlərin Kəngərliyə qayıtmalarını böyük xoşbəxtlik və tarixi hadisə kimi səciyyələndirib. “Kəngərli kəndi bizim bərpa etdiyimiz sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun isə ikinci. Birinci Sarıcalı, indi Kəngərli. Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır. Yaxın aylarda orada da həyat qaynayacaq”, - deyə dövlətimizin başçısı sakinlərlə görüşdə bildirib.

“Beləliklə, işğaldan azad edilmiş ərazilərimiz yenidən dirçəlir. Doğma Qarabağ yenidən qürur, iftixar məkanına çevrilməklə yanaşı yenidən mədəniyyətimizin mərkəzinə çevrilir. Ağdam Muğam Mərkəzinin açılışı, Mərkəzdə konsert proqramı zamanı uşaqların “Qarabağ” şikəstəsini ifa etdikləri zaman dövlət başçısının kövrəlməsi çox duyğulu anlardır. Bu torpaqlarım qəhrəman əsgərlərimizin igidliyi, şəhidlərimizin qanı sayəsində azadlığına qovuşdu. “Qarabağ” şikəstəsi ifa olunan zaman otuz ilin ağrı-acıları ilə yanaşı, şanlı Zəfərimiz göz önünə gəlir. Artıq ağrılı-acılı günlər geridə qalıb, insanlar doğma Qarabağımıza əbədi qayıdır. Bu torpaqlar dünyanın ən gözəl guşələrindən birinə çevrilir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri