Icma.az
close
up
RU
İşğaldan azad olunan ərazilərə gedənlər bu qaydalara mütləq əməl etməlidir Polisdən XƏBƏRDARLIQ VİDEO

İşğaldan azad olunan ərazilərə gedənlər bu qaydalara mütləq əməl etməlidir Polisdən XƏBƏRDARLIQ VİDEO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daxili İşlər Nazirliyinin müraciətində deyilir:

- Novruz bayramını doğma diyarlarımızda - Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir müraciətimiz. Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları! Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız. Bilməlisiniz ki, icazəniz varsa sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir. Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək. 
Bayramınız mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see261

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see133

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see128

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see125

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see125

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see125

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see124

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see123

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see122

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see121

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see121

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see119

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see118

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see118

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see118

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see117

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see117

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see117

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see115

Vuçiç: 300 nəfəri diri diri yandırmaq istədilər

15 Avqust 2025 10:59see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri