Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış böyük uğurla davam edir! ŞƏRH EDİLDİ

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış böyük uğurla davam edir! ŞƏRH EDİLDİ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

"İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir: "Qarabağ və Şərqi Zəngəzurun bərpası və "Böyük Qayıdış" Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur.Xüsusilə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqi, Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərlərinə, eləcə də Zabux, Sus və Ballıca kəndlərinə sakinlərin qayıtması, həmçinin Xankəndinin də sakinlərinə qovuşacaq şəhərlər siyahısına daxil edilməsi Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsində təqdim etdiyi innovativ modelləri göstərir.Bununla yanaşı, Ağdamda "İmarət" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, Xocalı Soyqırımı Memorialının təməli, Zəfər parkının tikintisi və Xankəndi tikiş fabrikinin istifadəyə verilməsi bu bölgələrin yalnız infrastruktur deyil, həm də tarixi və mədəni irs baxımından bərpasına yönəlmiş addımlardır.Dövlət büdcəsindən 2020-ci ildən bu günə qədər bərpa və yenidənqurma işlərinə 22 milyard manata yaxın vəsaitin ayrılması, həmçinin Xankəndi, Ağdam, Qubadlı və Zəngilan şəhərlərinin sakinlərinə qovuşmağa hazırlaşması "Böyük Qayıdış" Proqramının sistemli və uğurlu icrasını göstərir. Bütün bu proseslər Azərbaycanın öz gücünə arxalanaraq torpaqlarını yenidən qurduğunu və gələcək nəsillərə daha yaxşı yaşayış şəraiti təqdim etməyi hədəflədiyini sübut edir"."Bu günlərdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə ilk köç baş tutdu. Bu ailələr Respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 28 ailə - 110 nəfər köçürülür. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" böyük uğurla davam edir!" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri