Icma.az
close
up
RU
İşğaldan dirçəlişə: Laçında 4 ildə nələr dəyişdi?

İşğaldan dirçəlişə: Laçında 4 ildə nələr dəyişdi?

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün - 26 avqust Azərbaycanda Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu tarix Laçının 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə qaytarılması ilə yanaşı, şəhərdə Böyük Qayıdış çərçivəsində başlanan genişmiqyaslı quruculuq prosesinin mühüm mərhələsi kimi də xarakterizə olunur.

Şəhər Günü ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Laçını təmsil edən deputatı Rövşən Muradov bildirib ki, Laçın Şəhəri Gününün təsis edilməsi şəhərin Azərbaycanın tarixindəki yerinin və onun bərpası prosesinin vahid tarixi məntiq çərçivəsində qiymətləndirilməsinə imkan verir:

“26 avqust Laçın şəhəri günü Azərbaycan dövlətinin tarixi torpaqların bərpası ilə bağlı müəyyən etdiyi dövlətçilik təqviminin ən mühüm səhifələrindən biridir. 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi Laçının Azərbaycan tarixindəki yerinin, 2022-ci il avqustun 26-da şəhərin nəzarətə götürülməsinin və sonrakı quruculuq mərhələsinin vahid tarixi məntiq daxilində qiymətləndirilməsinə imkan verir. Laçın mənim üçün ilk növbədə doğma torpağa qayıdışın siyasi və mənəvi mənasını özündə birləşdirən şəhərdir. Burada hər bir yeni ev, hər bir məktəb, hər bir yol və istehsal müəssisəsi Böyük Qayıdışın statistik göstəricisindən daha böyük məna daşıyır. Bunlar Azərbaycan vətəndaşının öz doğma torpağında təhlükəsiz, firavan və ləyaqətli həyat qurmaq hüququnun dövlət tərəfindən təmin edilməsinin konkret ifadələridir. İşğal illərində Laçının sosial və mədəni infrastrukturuna ciddi ziyan vurulub. Rayon ərazisində çoxsaylı sosial, təhsil, səhiyyə, mədəniyyət və inzibati obyektlərin dağıdılması, tarixi abidələrin vandalizmə məruz qalması bütöv yaşayış məkanının sistemli şəkildə məhv edilməsinə yönəlmiş siyasətin nəticəsi olub. Bu gün həmin mənzərənin tamamilə dəyişməsi Azərbaycan dövlətinin bərpa siyasətinin miqyasını göstərir. Laçında artıq 1000-dən çox yaşayış evinin tikilməsi və bərpa edilməsi, şəhərdə yüzlərlə fərdi evin, mənzilin və qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi insanların daimi yaşayışı üçün real şəhər mühitinin yaradıldığını göstərir”.

R.Muradov vurğulayıb ki, Böyük Qayıdış yalnız əhalinin məskunlaşdırılması ilə məhdudlaşmır. Dövlət Laçında yaşayışla yanaşı, təhsil, səhiyyə, məşğulluq, sahibkarlıq, mədəniyyət və turizm imkanlarının inkişafına da xüsusi diqqət yetirir:

“Böyük Qayıdışın ən mühüm xüsusiyyəti onun yalnız məskunlaşma prosesi kimi həyata keçirilməməsidir. Dövlət Laçında yaşayışla yanaşı, təhsil, səhiyyə, məşğulluq, sahibkarlıq, mədəniyyət və turizm imkanlarını paralel şəkildə formalaşdırır. Laçın Aqro-Sənaye Parkının yaradılması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması və yerli sakinlərin işlə təmin olunması bu siyasətin iqtisadi dayaqlarını möhkəmləndirir. Laçının inkişaf modelində təbiət və iqtisadiyyat arasında tarazlıq da xüsusi əhəmiyyət daşıyır. Rayonun hidroenerji potensialının səmərəli istifadəsi, yeni su elektrik stansiyalarının yaradılması və yaşıl enerjinin ölkənin enerji sisteminə ötürülməsi Laçının gələcək inkişafının ekoloji və texnoloji əsaslarını möhkəmləndirir. 2026-cı il iyulun 11-də yeni su elektrik stansiyalarının istifadəyə verilməsi bu istiqamətdə ardıcıl siyasətin davamıdır. Misal üçün “Həkəriçay” su anbarı layihəsi  Laçının əhəmiyyətini rayon sərhədlərindən kənara çıxaran strateji layihələrdən biri olub. 100 milyon kubmetr ümumi tutuma malik olması və magistral boru kəməri vasitəsilə bir neçə rayonun təqribən 700 min nəfər əhalisinin içməli su ilə təmin olunmasına imkan yaratması layihənin regional xarakterini göstərir”.

R.Muradov Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsini də şəhərin yeni statusunu tamamlayan mühüm infrastruktur layihəsi kimi qiymətləndirib:

“Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də şəhərin yeni statusunu tamamlayan mühüm infrastrukturdur. Azərbaycanın ən yüksəkdə yerləşən aeroportu kimi bu hava limanı Laçının nəqliyyat əlçatanlığını gücləndirməklə yanaşı, regionun turizm və beynəlxalq əlaqələr imkanlarını genişləndirir. Laçının bu gününü səciyyələndirən əsas anlayış, mənim fikrimcə, “dirçəliş” sözüdür. Lakin bu dirçəliş keçmişin sadə şəkildə təkrarı anlamına gəlmir. Qarşımızda yeni şəhərsalma fəlsəfəsi, müasir iqtisadiyyat, yaşıl enerji, rəqəmsal idarəetmə, turizm və insan kapitalı üzərində qurulan yeni Laçın modeli formalaşır.26 avqust buna görə həm yaddaş, həm qayıdış, həm də gələcək günüdür. Laçın Azərbaycan dövlətinin öz vətəndaşına, öz torpağına və öz gələcəyinə məsuliyyətinin ən aydın ifadələrindən biridir. Bu şəhərin yenidən canlanması Azərbaycanın Zəfərinin yalnız hərbi nəticə ilə məhdudlaşmadığını, həmin Zəfərin həyatın bütün sahələrində davam etdiyini göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see381

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see368

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see340

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see338

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see304

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see300

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see289

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see216

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see213

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see207

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see202

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see202

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see200

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see190

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see190

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see185

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri