Icma.az
close
up
RU
İşibanın Vaşinqton səfəri taleyüklü ola bilər

İşibanın Vaşinqton səfəri taleyüklü ola bilər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaponiya enerji siyasətində ABŞ-a yönəlməyə hazırdır

Yaponiyanın baş naziri Şiqeru İşiba fevralın 6-dan 8-dək ABŞ-da səfərdə olacaq və prezident Donald Trampla danışıqlar aparacaq. Kyodo xəbər agentliyi xəbər verir ki, İşiba Vaşinqtonla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha təsdiqləmək, potensial ticarət mübahisələrini aradan qaldırmaq və Amerika qazının idxalını artırmağı təklif etmək istəyir.

Yaponiya və ABŞ fevralın 7-də Vaşinqtonda İşiba və Trampın ilk görüşünə hazırlığın son mərhələsindədir. Bu barədə “Asahi” qəzeti yazır. Yaponiyanın baş naziri prezident Trampla şəxsi münasibət qurmaq, Yaponiya-ABŞ müttəfiqliyini daha da dərinləşdirmək barədə razılığa gəlmək və ABŞ-ın Asiya-Sakit Okean regionu (APR) işlərində iştirakının vacibliyini anlamaq niyyətindədir.

Bir gün əvvəl İşiba Ağ evlə qarşıdıdakı danışıqlarda administrasiyasının yüksək vəzifəli şəxsləri ilə Yaponiyanın strategiyasını müzakirə edib. Belə ki, İşiba ABŞ prezidentinin ticarət və müdafiə sahələrində mümkün əsassız tələblərinə qarşı çıxmaq üçün Yaponiyanın ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına verdiyi töhfələri vurğulayacaq. Axı, prezident kimi ilk müddətində Tramp ABŞ-Yaponiya təhlükəsizlik müqaviləsini “ədalətsiz” adlandırmışdı.

İşibanın Yaponiyanın müdafiə xərclərini ÜDM-in 2 faizinə qədər artırmaq qərarını izah edəcəyi və hökumətinin hərbi alyans daxilində daha böyük rol oynamaq və daha çox yükü daşımaq planlarını təkrarlayacağı gözlənilir. Üstəlik, İşibanın Vaşinqtona səfərindən bir həftə əvvəl Pentaqon rəhbəri Pit Heqset və Yaponiyanın müdafiə naziri Qen Nakatani “regionda sabitliyi və təhlükəsizliyi gücləndirmək” üçün əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Digər məsələlərlə yanaşı, onlar Tokio və Pekin arasında ərazi mübahisəsinin predmeti olan Şərqi Çin dənizindəki Senkaku adaları (Çin adı: Diaoyuydao) ilə bağlı ümumi mövqelərini təsdiqləyiblər. Bu razılaşmanın davamı olaraq İşiba, Tokionun Çinə əsas təhlükəsizlik təhdidi kimi baxması fonunda ABŞ-ı Yaponiyanı müdafiə etməyi öhdəsinə götürən Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin 5-ci maddəsinin mübahisəli adalara şamil ediləcəyinə dair ABŞ-dan təminat almağı planlaşdırır.

İşiba Amerikanın dünyada enerji dominantlığına doğru istiqamət götürən Trampla münasibətlərin qurulmasında “resurs diplomatiyasını” ön plana çəkmək niyyətindədir. “Nikkei”nin məlumatlarına görə, Yaponiyanın baş naziri Amerikanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalının həcminin artırılmasını təklif etmək niyyətindədir. O, Meksika körfəzində yerləşən müəssisələrdən və ya Trampın yeni terminologiyasına görə, Panama kanalı vasitəsilə Amerika körfəzindən tədarük edilə bilər. Qəzetə görə, bu marşrut digər nəqliyyat marşrutları ilə müqayisədə geosiyasi risklərə daha az həssasdır.

Bundan əlavə, Tokio Alyaskadakı yataqları ABŞ-ın qərb sahilindəki limanla birləşdirməli olan qaz kəmərinin tikintisinə sərmayə yatırmaq imkanını nəzərdən keçirir. Oradan qazın mayeləşdirilmiş formada Asiyaya ixracı planlaşdırılır. Yaponiyanın artıq xarici LNG-yə geniş çıxışı olsa da, ötən il onun Saxalin də daxil olmaqla xaricdəki qaz layihələrində fəaliyyət göstərən şirkətləri təqribən 38 milyon ton satıb ki, bu da daxili istehlakın yarıdan çoxunu təşkil edir.

Bununla belə, Tokio ABŞ-la 56 milyard dollarlıq ticarət kəsirini azaltmaq və Yaponiyaya qarşı rüsumlar təhlükəsinin qarşısını almaq üçün daha çox Amerika qazı və silahı almaq kimi digər güzəştlər arasında belə bir öhdəliyi də daxil etməyə hazırdır. Alyaska boru kəməri, həmçinin Yaponiyaya qaz idxalının təxminən onda birini təşkil edən Rusiya və Yaxın Şərq kimi riskli mənbələrdən tədarükünü diversifikasiya etməyə kömək edə bilər. Yaponiyanın bu qaz layihəsində mümkün iştirakı, prinsipcə, Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropa İttifaqı ilə birlikdə Fumio Kişidanın baş nazirliyi zamanı Tokio tərəfindən qəbul edilmiş enerji ehtiyatlarının "derussifikasiyası" kursunun əsas axınına uyğun gəlir.

Ekspertlərin fikrincə, Trampla görüş zəif daxili siyasi mövqeyə malik olan və xarici siyasət üzrə lazımi təcrübəyə malik olmayan İşiba üçün ciddi sınaq olacaq. İşiba ABŞ-ın tələblərinə, məsələn, müdafiə büdcəsinin daha da artırılmasına böyük güzəştlər etsə, bu artıma qarşı çıxan müxalifət partiyaları ilə problemlər yarada bilər. İşiba aprelin 1-də başlayacaq 2025-ci maliyyə ili üçün büdcəni qəbul etmək üçün onların dəstəyinə ehtiyac duyur. O, Trampla münasibətlərini korlasa, bu, Liberal Demokrat Partiyası daxilində fikir ayrılığına səbəb ola bilər. Belə bir ssenari parlamentin yuxarı palatasında onun üçün taleyüklü seçkilər ərəfəsində İşibanın partiyadakı mövqeyini zəiflədə bilər.

Ümumiyyətlə, İşiba-Tramp sammitinin nəticəsi əsasən Nazirlər Kabinetinin sabitliyini, Yaponiya iqtisadiyyatının gələcək vəziyyətini və onun hərbi-siyasi kursunun transformasiyasını müəyyən edəcək.

Mənbə:Nezavisimaya qazeta

Tərcümə etdi:

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri