Icma.az
close
up
RU
İşıq və qazpulu 3 dəfə azaldılsın, yoxsa... “Dövlət müavinət versə, daha yaxşı olar”

İşıq və qazpulu 3 dəfə azaldılsın, yoxsa... “Dövlət müavinət versə, daha yaxşı olar”

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Regionlarda yaşayan sakinlərə müavinət verilməli və onlar vergilərdən azad etməlidirlər”.

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Əkrəm Həsənov deyib.

O, deputat Zahid Orucun bu gün Milli Məclisdə səsləndirdiyi təkliflərə, o cümlədən bəzi bölgələr üçün elektrik enerjisi və qaza tariflərin 3 dəfə azaldılması  münasibət bildirib.

Ə. Həsənov qeyd edib ki, təklifin reallaşdırılmsında hüquqi və iqtisadi baxımdan ciddi problem görmür:

"Amma dəyişikliyi Tarif Şurasının qərarı ilə etmək olar. Texniki cəhətdən problem yoxdur, problem mümkün oğurluq və korrupsiyadir. Hər şeydən pul çıxarmağı bacarırıq axı. İşığı, qazı, suyu məhz lazımlı bölgəyə yox, digər bölgələrə verəcəklər ki, “podkat” alsınlar. Heç kim bu hallara görə bölgələrə gedib məsələni araşdıran deyil”.

Ekspert əlavə edib ki, kommunal xidmət göstərən qurumlar – “Azərişıq”, “Azəriqaz”, “Azərsu” – dövlətə məxsus olsa da, kommersiya təşkilatlarıdır:

“Bu təşkilatların əsas məqsədi qazanc əldə etməkdir. Ən azı öz xərclərini gəlirləri ilə bağlamaq üçün. Fikrimcə, bu təşkilatlar mənfəətlə işləməlidirlər ki, dövlətə yük olmasın”.

Onun sözlərinə görə, əgər bu sistem qurularsa, regionlara da kommunal xidmətlərin maya dəyərindən aşağı qiymətlə çatdırılması mümkün olar.

Əkrəm Həsənov qeyd edib ki, regionlarda yaşayan vətəndaşlara güzəştlər verilməli, lakin bu, daha şəffaf və konkret mexanizmlərlə həyata keçirilməlidir:

“Regionlarda yaşayan sakinlərə, əlbəttə, güzəştlər olunmalıdır, lakin başqa formada. Yəni vergidə və ya dövlət həmin bölgələrdə yaşayanlara müəyyən miqdarda müavinət versə, bu məsələ daha aydın və şəffaf olacaq”.

Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmağı təklif edib. Onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var:

"Hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qurum limitlərin yenilənməsinə baxan səlahiyyətli qurum deyil. "Azərişığ"ın mətbuat katibi Vaqif Aydınoğlunun köməkçisi Prvanə Kazımzadə də oxşar cavab verib.

Rəvan Rza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri