İşıqforun müddəti artdırıldı, tıxacın uzunluğu azaldı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Binəqədi rayonu, Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hərəkət iştirakçılarının intensivliyi və nəqliyyat axınının mövcud vəziyyəti nəzərə alınaraq Binəqədi rayonu, Dalğa küçəsindən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə işıqforların vaxt planında müvafiq dəyişiklik edilib. Bu məqsədlə NİİM-in əməkdaşları sözügedən yolda təhlillər aparıblar.
Təhlillər zamanı işıqforların vaxt planı dəyişdirilərək faza müddəti 7 saniyə artırılıb. Nəticədə günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər (təxminən 37 faiz) azalıb.
Qeyd edək ki, mərkəz tərəfindən paytaxt yollarında nəqliyyat axınının vəziyyəti mütəmadi olaraq təhlil edilir və zərurət yarandıqda işıqforların iş rejimlərinin optimallaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 29 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















