Icma.az
close
up
RU
İşıqlı İnsanın 50 yaşına…

İşıqlı İnsanın 50 yaşına…

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İşıqlı İnsanın 50 yaşına…

O, “Qarabağ” Futbol Klubunun direktoru kimi mühüm və məsuliyyətli vəzifəyə təyin olunanda cəmi 28 yaşı vardı. Həmin vaxtdan düz 22 il ötüb. Bir igidin ömründən də çox. 

“Azərsun Holdinq”un mərhum prezidenti Abdolbari Gozal 2004-cü ildə Emrah Çelikeli yanına çağırıb ona klubda etimad göstərəcəyəni deyəndə nə bu “Qarabağ” indiki “Qarabağ” idi, yəni səsi-sorağı Azərbaycanın hüdudlarını aşmışdı, nə də heç Çelikel özü futbolda bişib-yetişmiş biri idi. 

Sadəcə, hələ cəmiyyətimizdə tanınmayan, yeni yaranan bir holdinqin həyatından “cəhənnəmdəki Azərbaycan futboluna” nabələd olan gənc bir kadr idi. Vəssalam! Nabələd, həm də bu sahədə təcrübəsi olmayan.

İndi gəl, bu odun-alovun içindən çıx görüm, necə çıxırsan. İndi gəl, futbolumuzun qara-qura işlərinin “sənətkarları” arasında baş aç görüm, necə açırsan… 

Bir klubu klub etmək üçün hansı fədakarlıqlara  gedirsən, nələri, hansı riskləri gözə alırsan? Və kimlə, kimlərlə?  Nəhayət, özün nə vaxt və hara qədər sənə etimad edənlərin inamını doğruldub bir klubda qalırsan?

2004-cü ildə bu sualların cavabını yəqin ki, heç Çelikel özü belə bilmirdi. Zaman isə hər şeyə işıq tutdu. İndi il olub 2026, futbolumuzdan çox adam gəlib-keçib, aralarında pis və yaxşı izlər qoyanlar olub, çox klub dağılıb, dağılmayanların bir çoxunun sütunları isə zədələnə-zədələnə gedir.  Amma dağılmayan, sütunları zədələnməyən, əksinə ilbəil möhkəmlənə-möhkəmlənə irəliləyən klubumuz da olub.

“Qarabağ” olub. 

“Qarabağ”ı komanda kimi komanda edən Qurban Qurbanov, onun bacarıqlı məşqçi heyəti olub.

“Qarabağ”ı nümunəvi, etibarlı klub kimi klub edən insanlar olub: Abdolbari Gözal (Allah rəhmət eləsin!), Tahir Gozal, Fevzihan Aras, Emrah Çelikel, Asif Əsgərov, klubun neçə-neçə menecer, texniki və ofis heyət üzvü.

Avropada artıq mötəbər və nəhəng klubların da  saydığı bir kluba çevrilib “Qarabağ”.  Bu, həm də klubla (rəhbərlk) komanda (Qurban Qurbanov) arasındakı möhkəm uğur zənciri hesabına mümkün olub. Və bu zəncirdə bir kilid adam var: Emrah Çelikel. 

22 illik “Qarabağ” karyerasında futbolumuzun peşəkarlarından, qiymətli kadrlarından birinə çevrilən nümunə idarəçi.

Həm də Dost adam (çətin gündə), İnsan adam (hər gündə).

İşıqlı Adam! 

50 yaşınız mübarək!

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 May 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri