Icma.az
close
up
RU
İSLAHATA HAMİLƏ və ya YENİLƏNMƏKDƏN HÜRKƏN BAKI TƏHSİL İDARƏSİ: daha bir müavin vurulub Növbə vəzifəli şəxslərin qohumlarına çatıb?

İSLAHATA HAMİLƏ və ya YENİLƏNMƏKDƏN HÜRKƏN BAKI TƏHSİL İDARƏSİ: daha bir müavin vurulub Növbə vəzifəli şəxslərin qohumlarına çatıb?

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) daha bir müdir müavini və başqa bir neçə şəxs vəzifələrindən çıxarılıblar.

Mia.az-ın məlumatına görə, nazir Emin Əmrullayevin əmri ilə ötən ay müavin vəzifəsindən azad olunan Orxan Teymur oğlu Kərimovun ardıycan digər müavin Anar Məmmədov da ötən həftə yola salınıb.

O, 1 dekabr 20222-ci ildə bu vəzifədə işləyirdi.

Mia.az-a verilən məlumata görə, digər əmrlə BŞTİ-də müavin ştatının sayı da azaldılıb: "Qurumda müavin postlarından biri, ümumiyyətlə, ixtisara salınıb...".

Məlumatda deyilir ki, təxminən ay yarım əvvəl BŞTİ-yə müavin təyin olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tezliklə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alacaq: "Emin Əmrulllayev nə sirdirsə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində adı tez-tez səs-küylü qalmaqallarda hallanan bu şəxsə çox etimaad edir. Təhsil adamları isə onu bu sahənin bilicisi yox, orta səviyyəli menecer sayırlar".

Mia.az-ın əldə etdiyi məlumata görə, hazırda BŞTİ ciddi islahatlara "hamilə"dir: "Güman k, qısa müddətdə idarədə çox kadrla yollar ayrılacaq. Siz bilirsiniz ki, burada nə qədər vəziifəli şəxsin işbilməz qohum-əqrabları var? Deputat arvadından tutmuş, qardaşına qədər burada kök salanlar var.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini 10 aydır müvəqqəti icra edən Nərminə Hüseynova məhz belə kadrlara görə qurumda dönüş yaratmaqda çətinlik çəkir. Rəqibləri isə bundan öz xeyrlərinə istifadə etməyə can atırlar..."

Yeri gəlmişkən, BŞTİ-də 26 fevral 2021-dən müavin Orxan Kərimovun vəzifədən azad olunmasından az qala bir ay, Anar Məmmədovun isə bir həftə ötüb. Lakin onların adları hələ də qurumun rəsmi saytındakı "Qəbul günləri" qrafasında olduğu kimi saxlanılır. Bu da paytaxtın təhsil qurumunun necə bərbad vəziyyətdə olduğuna işıq salır...

Hələ media orqanları ilə işdən isə danışmağa dəyməz. Qurumun mətbuat katibi kimdən incik düşürsə, dərhal bloka ataraq vəzifəsini bitmiş sayır. Halbuki, bu idarə dövlətindir və o da rəsmi qurumun nümayəndəsi kimi işgüzar davranmağa borcludur...

Samir Musayev

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri