Icma.az
close
up
RU
İslam dünyası universitetləri ilə bağlı forumun iştirakçıları BDU nun inkişaf istiqamətləri barədə məlumatlandırılıb

İslam dünyası universitetləri ilə bağlı forumun iştirakçıları BDU nun inkişaf istiqamətləri barədə məlumatlandırılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 24 iyun, AZƏRTAC

Mərakeş Krallığının Rabat şəhərində ICESCO-nun və Pakistanın Ali Təhsil Komissiyasının təşkilatçılığı, Bakı Dövlət Universitetinin (BDU) tərəfdaşlığı ilə keçirilən “İslam dünyası universitetlərinin 6-cı prorektorlar forumu” çərçivəsində “İslam dünyasında ali təhsilin yenidən təşkili: innovasiya, davamlılıq və qlobal təsir” mövzusunda panel müzakirəsində BDU-nu rektorun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova təmsil edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Panel çərçivəsində ali təhsilin beynəlxalq standartlara inteqrasiyası prosesində milli dəyərlərin qorunması, ənənəvi dəyərləri özündə saxlayan kurikulum modellərinin qurulması, keyfiyyət təminatı və qarşılıqlı tanınma mexanizmləri müzakirə olunub.

Şəbnəm Səfərova çıxışında son illərdə BDU-nun inkişaf istiqamətləri barədə məlumat verərək qeyd edib ki, ali təhsil müəssisəsi beynəlxalq əməkdaşlıq, rəqəmsal və yaşıl transformasiya, eləcə də elmi tədqiqat sahələrində mühüm irəliləyişlərə nail olub. Universitetin nüfuzlu beynəlxalq reytinq cədvəllərində – QS sıralamasında 688-ci pillədə qərarlaşaraq Cənubi Qafqaz regionu üzrə birinci yeri tutması və THE (Times Higher Education) reytinqində dünyanın ən yaxşı 600 universiteti arasında yer alması BDU-nun qlobal elm və təhsil məkanına inteqrasiyasının göstəricisidir.

Rektorun müşaviri çıxışında vurğulayıb ki, qloballaşma prosesində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr ənənəvi yanaşmaları qoruyub saxlamaqda maraqlıdırsa, bu kontekstdə ali təhsil müəssisələri arasında diplomların qarşılıqlı tanınması, ortaq keyfiyyət təminatı çərçivəsinin yaradılması, birgə rəqəmsal platformaların formalaşdırılması, eləcə də tələbə və müəllim mobillik proqramlarının genişləndirilməsi kimi təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir.

Panelin sonunda Şəbnəm Səfərova qeyd edib ki, ali təhsil yalnız bilik ötürən deyil, eyni zamanda, gələcəyin mənəvi və intellektual konturlarını formalaşdıran mühüm təsir vasitəsidir. Bu baxımdan İslam dünyasının universitetləri qloballaşma prosesində iştirakla yanaşı, universal dəyərlərin daşıyıcısı və formalaşdırıcısı rolunu da yerinə yetirməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri