İslamabadda Azərbaycan Pakistan münasibətləri və Zəfər Gününə həsr olunan konfrans keçirilib
525.az saytına istinadən Icma.az xəbər verir.
İslamabaddakı Pakistan Milli Kitabxanasında Zəfərin beşinci ildönümünə həsr olunan "Azərbaycan-Pakistan Qardaşlığı: Zəfərin 5-ci ildönümü qeyd olunur" mövzusunda konfrans təşkil olunub.
525.az-a Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, tədbir səfirliyin dəstəyi və bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslüm İnstitutunun təşkilatçılığı ilə baş tutub.
Diplomatların, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətlərinin, alimlərin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, "Qurani-Kərim"dən dualar oxunub, Azərbaycan xalqına davamlı sülh, inkişaf və əmin-amanlıq arzulanıb. Sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib.
Konfransda məruzəçilər öz çıxışlarında 44 günlük Vətən müharibəsinin tarixi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarından danışaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini, bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üçrəngli bayrağının qürurla dalğalandığı qeyd ediblər.
Həmçinin hazırda həmin ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də "Böyük Qayıdış" proqramı barədə geniş məlumat verilib. Natiqlər istər işğal dövründə, istərsə də işğaldan sonra Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq nümayiş etdirilən bu mövqenin iki ölkə arasında qardaşlıq əlaqələrinin bariz nümunəsi olduğuni önə çəkiblər.
Tədbirin sonunda xatirə fotosu çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Noyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















