Icma.az
close
up
RU
İslamiadada 3 cü yeri tutan üzgüçülər: Azərbaycana daha çox medal gətirməyə çalışacağıq

İslamiadada 3 cü yeri tutan üzgüçülər: Azərbaycana daha çox medal gətirməyə çalışacağıq

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ər-Riyad, 10 noyabr, Elnur Salahov, AZƏRTAC

Emosiyalarımız çox yüksəkdir. Amma sakit qalmağa çalışırıq. Çünki üzgüçülük yarışları daha 4 gün davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Fatimə Alkərəmova jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycana daha çox medal gətirməyə çalışacaqlarını bildirib: “Estafet yarışında əlimizdən gələni etdik. İnanıram ki, digər estafetlərdə daha yaxşı nəticə göstərəcək, fərdi olaraq da medallar qazanacağıq”.

Fatimə Alkərəmova İslamiadaya hazırlıq dövründə çox çətin yol qət etdiklərini vurğulayıb: “Ağır məşqlərimiz oldu. Bilirsiniz ki, yığmaya yeni məşqçilər gəlib. Eləcə də Rəşad Əbdürəhmanov bizə çox kömək etdi. Hazırlıq dövründə artıq hansı məsafələrdə medallar qazana biləcəyimizi müəyyənləşdirmişdik”.

Yığmanın digər üzvü Mehri Əbdürrəhmanlı isə deyib ki, yarışda 3-cü yeri tutmaq komanda üçün çox önəmli idi: “Bu nəticə üçün çox çalışmışdıq. Üzərimizdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Qarşıda daha bir neçə yarışımız var. İnanıram ki, komandamız möhtəşəm çıxışla medallarımızın sayını artıracaq. Çünki biz bunun üçün çox ciddi hazırlıq keçmişik”.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see204

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see197

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see183

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see149

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see139

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see139

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see138

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see136

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see135

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see133

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see129

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see129

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see129

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see125

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see125

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see123

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see122

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri