İslandiya klubunun rəsmisi: Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılaşdıq
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda yüksək qonaqpərvərliklə qarşılaşdıq.
Bunu "Report"un Mingəçevirə ezam olunan əməkdaşına açıqlamasında İslandiyanın "Haukar" həndbol klubunun İdarə Heyətinin üzvü Qudyon Siquardson deyib.
O, ölkəmizə səfərdən məmnunluğunu ifadə edib:
" Bura gəldiyimiz ilk gündən yüksək qonaqpərvərliklə qarşılaşdıq. İnsanlarınız çox mehriban və gülərüzdürlər. Hər addımda isti münasibətlə üzləşdik. Yeməklərinizi də çox bəyəndik".
Klub rəsmisi Avropa Kubokunun III mərhələsində "Kür"lə keçirdikləri oyunları (30:25, 28:37) da dəyərləndirib:
"Yaxşı rəqibə qarşı iki matçda gücümüzü sınadıq. "Kür" hər iki oyunda bizə çətin anlar yaşatdı. Bununla belə, növbəti mərhələyə adladıq və buna görə sevinirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















