İslandiya və Fransa oyunları üçün heyət açıqlandı Mahir kənarda qaldı
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandası noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.
Almaniya 2-ci Bundesliqasında mübarizə aparan "Kayzerslautern”də çıxış edən Mahir Emreli heyətdə yer almayıb. 27 yaşlı hücumçu ötən gün 9 turdan sonra klubunun formasında meydana çıxsa da, zədələndiyi üçün əvəzlənib. O, meydanı göz yaşları içində tərk edib. Görünür, Mahirin zədəsi ciddidir.
Azərbaycan millisi noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya yığması, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa seçməsi ilə qarşılaşacaq.
Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ”), Aydın Bayramov ("Zirə”), Səlahət Ağayev ("Qəbələ”), Rza Cəfərov ("Neftçi”)
Müdafiəçilər: Elvin Bədəlov ("Neftçi”), Bəhlul Mustafazadə ("Qarabağ”), Bədavi Hüseynov ("Qarabağ”), Abbas Hüseynov ("Qarabağ”), Elvin Cəfərquliyev ("Qarabağ”), Cəlal Hüseynov ("Arda”, Bolqarıstan), Anton Krivotsyuk ("Daejon Hana”, Cənubi Koreya)
Yarımmüdafiəçilər: Qismət Alıyev ("Zirə”), Rüfət Abbasov ("Şamaxı”), Emin Mahmudov ("Neftçi”), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan”), Səbuhi Abdullazadə ("Sumqayıt”), Abdulla Xaybullayev ("Sabah”), Xəyal Əliyev ("Sabah”), Toral Bayramov ("Qarabağ”), Ceyhun Nuriyev ("Zirə”), Rüfət Abdullazadə ("Varaždin”, Xorvatiya)
Hücumçular: Anatoli Nuriyev ("Sabah”), Rüstəm Əhmədzadə ("Sumqayıt”), Renat Dadaşov ("Motor”, Polşa), Nəriman Axundzadə ("Qarabağ”), Rəhman Daşdəmirov ("Sabah”)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















