İşləməyən şəxslər aylıq 16 manat icbari tibbi sığortahaqqı ödəyəcək VİDEO
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığortahaqqını özləri ödəyəcək. Ödənişin miqdarı aylıq təxminən 16 manat məbləğində olacaq.
Gununsesi.info xezerxeber.az-a istinadən xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov “Xəzər Xəbər”ə müsahibəsində bildirdi ki, həmin şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.
Bildirildi ki, bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.
“Tibbi sığorta haqqında” qanuna edilən dəyişikliklər qeyri-formal işlə məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan, amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə müəyyənləşdirilə bilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 24 Noyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















