Icma.az
close
up
RU
İşlənmiş batareyaların ziyanları: Təhlükəli tullantılar necə zərərsizləşdirilir? RƏSMİ AÇIQLAMA

İşlənmiş batareyaların ziyanları: Təhlükəli tullantılar necə zərərsizləşdirilir? RƏSMİ AÇIQLAMA

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Müasir dövrdə batareyaların istifadəsi sürətlə artmaqdadır. Cihazlardan avtomobillərə qədər geniş bir sahədə istifadə olunan batareyaların düzgün şəkildə utilizasiya olunması ətraf mühitin qorunması üçün böyük əhəmiyyət kəsb edir. Çünki batareyaların tərkibində olan zəhərli maddələr düzgün şəkildə atılmadıqda yeraltı sulara və torpağa qarışaraq ciddi ekoloji problemlərə yol açır.

Avtosfer.az xəbər verir ki, vətəndaşların bu mövzuda maarifləndirilməsi ilə bağlı vasitələr kifayət qədər olmadığı üçün batareyaların tullandığı yerlər isə əksər hallarda qadağan olunmuş ərazilər və ya ətraf mühitə zərər verən sahələr olur.

Bunun qarşısını almaq üçün çox sayda ölkə, xüsusən də Azərbaycan batareyaların toplanması və utilizasiyası üçün xüsusi məkanlar yaradır. Məsələn, ölkəmizdə istifadə edilmiş batareyaların toplanması üçün xüsusi konteynerlər və məntəqələr mövcuddur. Son dövrlər iri supermarket şəbəkələrində də işlənmiş litium-ion batareyalarının atılması üçün məntəqələr quraşdırılıb. Bu məntəqələr vasitəsilə istifadəçilər əllərindəki köhnə batareyaları təhlükəsiz şəkildə təhvil verə bilərlər.

Məsələ ilə əlaqədar fizik Elçin Abbasov Avtosfer.az-a açıqlamasında deyib ki, batareyalar civə, sink, manqan, litium, dəmir, nikel, kobalt və kimyəvi maddələrdən istehsal olunur:

“Bu batareyaların təsadüfi zibilliyə atılması, birbaşa və ya bilvasitə olaraq alıcı mühitə verilməsi ətraf aləm baxımından böyük təhlükələr yaradırMetallar torpağa və oradan da yeraltı sulara qarışa bilər. Ən başda torpaq istifadə edilməz hala gələr və metalların yaratdığı su çirkliliyi sudakı ekosistemi alt-üst edir. Təsirlənən yalnız su ekosistemi deyil, əslində bütün ekosistemdir. Zaman içərisində bu təsirlər insanlar üzərində də görülür. Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr daha əvvəl də ifadə edildiyi kimi torpağa qarışaraq heyvanların yediklərindən ya da sulardan insan bədəninə qarışır. Bir kiçik batareya 4 kvadrat metr torpaq çirkləndirir və bu torpağı istifadəsi mümkünsüz hala gətirir”.

Tibb üzrə mütəxəssislər vurğulayır ki, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarıqlığa və yaralar meydana gəlməsi ilə gözlərin zərər görməsinə səbəb ola bilər. Civə təbiətdə pozulmaz. Civə və civə birləşmələri insanlar və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Batareyalardakı civə sürətlə dəri və tənəffüs yolu ilə bədənə girə bilər. İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə:

1)Eşitmə və görmə pozğunluğu;

2)Mərkəzi sinir sisteminin pozulması, onkoloji xəstəliklər, mənşəyi bilinməyən şişlər;

3)Böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına;

4) Ağciyər xəstəlikləri, allergik bronxit;

5) Əsəb pozğunluğu, beyin geriləməsi;

6)Xromosomları korlayıb şikəst doğumlara səbəb olabilir.

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Avtosfer.az-a bildirib ki, ilk növbədə elektrik və hibrid nəqliyyat vasitələrində olan batareyaların utilizasiyası ilə bağlı qeyd etmək lazımdır ki, son illərdə ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin artımı müşahidə olunur:

“Bu vəziyyətlə əlaqədar olaraq, bu sahədə müəyyən işlərin görülməsi zərurəti yaranmışdır. Bu məqsədlə biznes mühitinin və beynəlxalq reytinqlərin nəzərə alınması ilə komissiyanın fiziki infrastruktur işçi qrupunun tərkibində ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin stimullaşdırılması və infrastrukturun təkmilləşdirilməsi üzrə alt işçi qrupu yaradılmışdır. Bu işçi qrupu çərçivəsində sözügedən məsələlərə baxılır və əlaqədar nazirlikdən xüsusi bir işçi qrupu da yaradılmışdır. Aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu, həmçinin bu batareyaların utilizasiyası ilə bağlı təkliflərin hazırlanmasını nəzərdə tutur. Belə ki, həm özəl sektorun stimullaşdırılması, həm də beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı qanunvericiliyin təhlili, təkliflərin hazırlanması, zərərli standartlar və texniki reqlamentlərin qəbul edilməsi məqsədilə işlər görülür. Eyni zamanda, bir sıra xarici ölkələrdə batareyaların izlənməsi üçün qurulmuş sistemlər mövcuddur və bu sistemlər ilə bağlı təkliflər hazırlanır. Çünki bu batareyalar öz növbəsində qiymətli metalları daşıyır və onların utilizasiyası həm tullantıların ətraf mühitə atılmasının qarşısını alır, həm də təhlükəli tullantıların düzgün idarə olunmasını təmin edir. Bundan əlavə, təkrar emal üçün bu metalların geri qaytarılması mümkün olur”.

Faiq Mütəllimov qeyd edib ki, sözügedən komissiya çərçivəsində yaradılmış alt işçi qrupu bu məsələləri hər tərəfli öyrənir və lazımi tədbirlərin görülməsi nəzərdə tutulur:

“Bununla yanaşı məişətdə istifadə olunan batareyaların utilizasiyası ilə bağlı nazirliyin təşəbbüsü ilə artıq bir neçə ildir ki, müxtəlif məntəqələrdə (dost mərkəzləri, asan xidmət mərkəzləri, marketlər və digər nöqtələr) batareyaların toplanılması və utilizasiyaya yönləndirilməsi ilə bağlı işlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, ötən il 2 tondan yuxarı batareya toplanaraq utilizasiyaya təqdim olunmuşdur. Əlbəttə ki, bu sahədə fəaliyyət göstərən digər şirkətlər də mövcuddur”.

Fidan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri