Icma.az
close
up
RU
İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı ŞOK TƏFƏRRÜAT

İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı ŞOK TƏFƏRRÜAT

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kanal 12 iyulun 31-də İsraildə İslam İnqilabı Keşikçiləri Korpusunun  (SEPAH) qonaq evində öldürülən HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin qətli ilə bağlı reprtaj yayıb. 

Reportajdan məlum olur ki, əməkdaşlar soyuducu sistemi təmir etməyə müvəffəq olana qədər Haniyə paltardəyişmə otağının astanasında olub.

“Cebheinfo.az” xəbər verir ki, əməliyyatın yeni təfərrüatları  müdafiə naziri İsrail Katz Haniyənin öldürülməsində İsrailin əlinin olmasını təsdiqlədikdən sonra  ortaya çıxdı.

İsrail mediasının məlumatına görə, İsrailin Haniyəni öldürmək qərarı oktyabrın 7-dən az sonra, HƏMAS lideri yüksək rütbəli kəşfiyyat rəsmiləri tərəfindən tərtib edilən siyahının başında göründüyü zaman verilib. Yeganə sual bunun nə vaxt baş verəcəyi idi.

“Times of Israel” yazır ki, Haniyə Qətərdə yaşayırdı, lakin onun orada öldürülməsi Dohanın müharibə başlayandan bəri vasitəçilik etdiyi girovlarla bağlı danışıqları pozmaq təhlükəsi yaratdı.

Buna görə də Haniyənin öldürülməsi üçün mümkün yerlər kimi Türkiyə, Rusiya və İran seçildi. Bunlar HƏMAS siyasi büro liderinin tez-tez səfər etdiyi üç ölkə idi.

Telekanal xəbər verir ki, İsrail Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şiddətli reaksiyasından qorxub və eyni şəkildə Rusiya Prezidenti Vladimir Putini qəzəbləndirmək istəməyib.  Ona görə də  İranı ən uyğun variant olaraq  seçib.

“Haniyənin Tehranın şimalındakı dəbdəbəli Səadət Abad məhəlləsində bir neçə dəfə eyni SEPAH mehmanxanasında qalması əməliyyatın planlaşdırılmasını asanlaşdırıb”, - İsrail mediası bildirib.

Planlaşdırılan partlayışdan bir qədər əvvəl Haniyənin otağında kondisioner sıradan çıxıb və HƏMAS siyasi bürosunun lideri kömək istəmək üçün otağını tərk edib. Müddət o qədər uzun idi ki, qətlin israilli təşkilatçıları Haniyənin başqa binaya köçürüləcəyindən qorxmağa başladılar. “Bu, bütün əməliyyatı poza bilər”, -deyə Kanal 12 onun planlarından xəbərdar mənbəyə istinadən xəbər verir. 

Lakin bir müddət sonra kondisioner təmir olunub və Haniyə öz otağına qayıdıb. Yerli vaxtla səhər saat 01:30 radələrində əldəqayırma partlayıcı işə düşüb, Haniyyənin qonaq otağının xarici divarını deşib və bütün SEPAH binasını silkələyib.

Bir neçə saniyədən sonra İran İnqilabı Keşikçiləri Korpusunun təcili yardım komandası Haniyənin otağına gəlib və qısa müddət sonra onun ölümünü elan etməyə məcbur oldular. 

Kanal 12-nin verdiyi məlumata görə, gələnin yanında Həniyənin müavini Xəlil əl-Həyya olub və o, HƏMAS Siyasi Büro liderinin qanlı cəsədini gördükdən sonra göz yaşları içində diz çöküb.

Kanala danışan analitiklər əməliyyatın İsrail agentləri üçün həyata keçirə bilməyəcək qədər mürəkkəb olduğunu, buna İran vətəndaşlarının, SEPAH üzvlərinin və ya HƏMAS rəsmilərinin cəlb edilməli olduğunu  deyiblər. “Kanal 12” xəbər verir ki, hər üç variant şübhəsiz HƏMAS və İran hakimiyyəti tərəfindən nəzərdən keçirilib.

Daha əvvəl Haniyənin oğlu Əbdül Salam atasının partlayıcı qurğu ilə öldürüldüyünü təkzib edərək, mobil telefonu izləndikdən sonra atasının raket hücumuna məruz qaldığını deyib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri