“Bu yenilik qızlarda belə hərb sənətinə maraq oyada bilər”
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Nazirlər Kabinetinin “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”ni təsdiqləyib. Əsasnamədə əhəmiyyətli yeniliklər nəzrdə tutulub ki, bunlardan da biri sözügedən fənnin tədirisi zamanı təlim silahlarından istifadə etmək, habelə, şagirdlərə PUA və digər müasir hərbi texnikalar haqqında ətraflı məlumat verməkdir.
Mövzu lə bağlı Moderator.az-a açıqlama verən ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov məlum yeniliklərin təqdirəlayiq olduğunu bildirib:
“Məktəblərdə oğlan uşaqlarının çağırış yaşına kimi hərbi biliklər haqqında məlumatlandırılması, hərbi texnika və sursat haqqında biliklərə yiyələnməsi həm hərbi xidmət dövründə keyfiyyəti artıracaq, həm də yeniyetmələrdə hərb sənətinə qarşı maraq oyadacaq.
Hələ Sovet dövründə 8-ci sinifdə oxuyarkən şagirdləri peşə təhsili məktəbləri ilə tanışlıq üçün ora ekskursiyaya aparırdılar. Orda göstərilən auditoriyalar, laboratoriyalar, texniki otaqlar onlarda elə təəssürat yaradırdı ki, şagirdlərin bir hissəsi həmin texniki peşə məktəblərində öz təhsillərini davam etdirirdilər. İndi məktəblərdə hərbi hazırlıq dərslərinin dövlət əhəmiyyətli dərs səviyyəsinə qaldırılması şagirdlər arasında, hətta qızlarda belə hərb sənətinə maraq oyada bilər. Şagirdlər digər fənlərə müəllim, həkim və s. ixtisasına yiyələnmək üçün deyil, eyni zamanda hərbçi sənətinə yiyələnmək üçün də hazırlaşa bilər ki, bu da hərbi məktəblərə aşağı balla daxil olan abituriyentlərin keyfiyyət göstəricilərini artıra bilər. Bu da öz növbəsində hərb sənəti sahəsində indi mövcud olan yüksək dəqiqlikli silahlardan, dronlardan istifadənin asanlaşmasına, keyfiyyətin artmasına, eyni zamanda, ölkənin təhlükəsizliyinin qorunmasında yeni mərhələnin başlanğıcı olar.
Hesab edirəm ki, bu qərar yerində və vaxtında verilmiş qərardır. Ölkənin təhlükəsizliyinin təməli olan hərbçi sənətinin kəmiyyətdən çox keyfiyyətcə yeni dövrünə start verər”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 25 Noyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















