İsmayıllı və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirildi Yeni Çağ Media
Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə dekabrın 16-22-ni əhatə edən “Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllı və Qəbələ şəhərlərində Regional İnkişaf və Karyera Mərkəzlərində 60-a yaxın gənc üçün “Media savadlılığı” mövzusunda təlim keçirilib.
Yenicag.az xəbər verir ki, agentliyin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin əməkdaşı Aynur Zeynallı düzgün mənbələrin müəyyən edilməsi, media məzmununa sorğulayıcı yanaşma bacarıqlarının inkişafı və yanlış informasiyanı tanımaq üçün istifadə olunan üsullarla bağlı ətraflı məlumat verib.
Sonda “Media Savadlılığı” mövzusunda keçirilən testin qalibləri mükafatlandırılıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Dekabr 2024 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















