Icma.az
close
up
RU
İsmayıllıda mübahisə qətllə nəticələndi: 65 yaşlı kişi kafedə öldürüldü TƏFƏRRÜAT

İsmayıllıda mübahisə qətllə nəticələndi: 65 yaşlı kişi kafedə öldürüldü TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

İsmayıllı rayonunda 1979-cu il Elçin Mirzəzadə münaqişə zəminində 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevi öldürüb. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, Elçin 2023-cü ilin sentyabrın 30-da, təxminən saat 18 radələrində aptekdən aldığı “Novokain” adlı dərman və tibbi şprisi götürərək İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən kafenin 1 nömrəli kabinetinə gəlib. 
Qısa müddət sonra rayon sakini Füzuli Ağamalıyev də ora gəlib. Bu zaman Füzuli Elçinə şprisi düzgün almadığını deyib və başqa şpris almasını tələb edib. 
Elçin bununla razılaşmadıqda Füzuli Ağamaliyev kabinetdə olan digər şəxslərin yanında onu nalayiq ifadələrlə təhqir edib, üz nahiyəsindən şillə ilə vurub. 
Bu vaxt Elçin Ağamaliyevdən qeyd olunan hərəkətlərinə görə üzr istəməsini tələb edib və onu nalayiq ifadələrlə təhqir etməyə davam edib. Bundan sonra təqsirləndirilən şəxs kabinetdən çıxaraq bir müddət düşündükdən sonra i Ağamaliyevi qorxudaraq kabinetdə olan şəxslərin yanında üzr istəməsinə nail olmaq məqsədi ilə bıçaq almaq üçün əvvəlcə “Mustafa” və “Al Market” adlı dükanlara gedib. 
Orada bıçaq tapmadığı üçün tanışının işlətdiyi, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən “Dörd yol” adlı kafeyə gedib və ondan maşınındakı şlanqı kəsmək adı ilə mətbəx bıçağı alıb. 
Daha sonra o, təxminən saat 18:30-da yenidən Füzuli Ağamaliyevin tanışları ilə birlikdə oturduğu kafenin 1 nömrəli kabinetinə qayıdıb. 
Kabinetə daxil olduqda rayon sakinləri olan tanışlarının yanında Füzuli Ağamaliyevdən ondan üzr istəməsini tələb edib. 
Füzuli yenidən onu təhqir etməyə başlayıb. O, qisas almaq məqsədi ilə özü ilə gətirdiyi bıçaqla Füzuli Ağamaliyevin sağ bud nahiyəsindən qəsdən bir dəfə zərbə endirib. Füzuli Ağamalıyev xəstəxanaya çatdırılsa da, o, həmin günü saat 19:20-də orada vəfat edib.
Hadisəni törədən Elçin Mirzəzadənin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Elçin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 
O, ifadəsində göstərib ki, sentyabrın 30-da, günortadan sonra tanış uşaqlarla “Dörd yol” adlanan kafedə pivə içməyə başlayıblar: 
“Sözügedən kafedə olan vaxt mərhum da dostlarıyla əyləşərək yeyib içib. Sonra mərhum yanındakı tanışıyla sözlü mübahisə etməyə başladı. Həmin vaxt mərhum tanışına təhqiramiz ifadələr işlətdi. Biz də onları ayırdıq və təkrar öz əyləşdiyimiz stola qayıtdıq. Bir saat yarım sonra kafedən qalxaraq getdik. Bundan sonra mərhum zəng edərək, “Novakain” iynəsi, bir də şpris istədi və çayxanada olduğumu bildirdim, iynə və şprisi ora gətirməyimi xahiş etdi. Sözün düzü nömrəm mərhumda olmayıb. 
O, nömrəmi haradan tapdığı barədə isə məlumatım yoxdur. İynə və şprisi alaraq onun oturduğu kafeyə getdim. Füzuli həmin vaxt məni çay içməyə dəvət etdi. Mənisə çay içməyəcəyimi və gedəcəyimi bildirdim. Mübahisə məhz bu andan etibarən başladı. Mərhum mənə iradını bildirdi və aldığım iynəni demədiyini, fərqli iynə aldığımı söylədi. Mən də dedim ki, iynə dərmandan başım çıxmır, nə deyib, onu da alaraq gətirmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Füzuli Ağamalıyev onu təhqir etməyə başlayıb və üzünə şillə ilə vurub: 
“Füzuliyə əl atdığına və söyüş söydüyünə görə üzr istəməsini bildirdim. O, isə üzr istəmədi və məni yenə təhqir etməyə başladı. Ona bildirdim ki, əgər üzr istəməsə, onunla aramızda başqa söz-söhbət olacaq. Bundan sonra küçəyə çıxdım və bıçaq alaraq təkrar kafeyə gəldim. Daha sonra məlum hadisə baş verdi. Mən mərhumu bıçaqla vurmuşam. Əslində onu bıçaqlamaq yox, qorxutmaq niyyətim olub. Bıçaqla mərhumun sağ buduna vurmuşam. Ona bir bıçaq zərbəsi vurmuşam. Onu vurduqdan sonra hadisə yerindən çıxaraq polisə təslim olmağa getdim. Bir saat sonra polis şöbəsində öyrəndim ki, artıq Füzuli ölüb”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Füzuli Ağamalıyev 9 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilib. 
O, müvəkkilinin əməlini  Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. 
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. 
Bundan sonra müdafiəçi Ali Məhkəməyə müraciət edib. 
Daha yuxarı instansiya məhkəməsi də kasasiya şikayətini haqlı hesab etməyib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri