Icma.az
close
up
RU
İsmayıllıda selə qarşı qabaqlayıcı tədbirlər görülür

İsmayıllıda selə qarşı qabaqlayıcı tədbirlər görülür

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tədbirlər planına uyğun olaraq işlərini davam etdirir.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, idarə tərəfindən yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün bir sıra tədbirlər həyata keçirilir. Bunun üçün dağ çaylarında məcra təmizləmə işləri və daş-beton bəndin inşası aparılır. Çayın məcrasının təmizlənməsi nəticəsində yaxınlıqda olan yaşayış məntəqələri və əkin sahələri sel sularından mühafizə ediləcək. Bu məqsədlə ötən il 350 min kubmetr çay məcrası daşqın və selə qarşı mübarizə məqsədilə təmizlənib.

8800 hektardan artıq sahəyə xidmət edən idarə İsmayıllı rayonunda növbəti suvarma mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Ötən il İsmayıllı Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin balansında olan Qubaxəlilli və Kürdmaşı kəndlərində subartezian quyuları əsaslı təmir olunaraq istismara verilib. 33 ədəd nasos cari təmir olunub, 5 ədəd subartezian quyusu yeni nasoslarla əvəzlənib. Göyçay-İsmayıllı beton kanalı 2 kilometr məsafədə cari təmir olunub. Su itkisinin qarşısını almaq, suyun maneəsiz axınını təmin etmək üçün suvarma kanalları 300 min kubmetr həcmdə lildən təmizlənib.

Qeyd edək ki, İsmayıllı Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin sahəsi 10590 aktiv əhali, 291 büdcə və kommersiya abonentinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin başa çatdırılması nəticəsində şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin edilir. 2023-cü il sentyabrın 11-də Prezidentin Sərəncamına əsasən İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan 11000 nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması işləri yekunlaşıb. Topçu kəndi ərazisində qazılması nəzərdə tutulan 4 subartezian quyusunun hamısı istifadəyə verilib. İstisu kəndi ərazisində İstisu çay hövzəsində yeni layihəyə uyğun olaraq işlər tamamlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri