Icma.az
close
up
RU
İsmət Taymuş: Türkiyənin dəstəyi Azərbaycana güc verdi

İsmət Taymuş: Türkiyənin dəstəyi Azərbaycana güc verdi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın Ermənistan üzərində 2020-ci il savaşında Böyük Zəfərinin 4-cü ildönümüdür. Türkiyədə də bu qələbə təntənə ilə qeyd edilməkdədir. Türk xalqı bu parlaq uğura Azərbaycan qədər sevinir, sevincini hər addımda öz dəstəyi ilə hiss etdirir. Kayseridə ötən il yaradılan və fəaliyyətini genişləndirən Anadolu–Azərbaycan Təhsil, Mədəniyyət və Dostluq Dərnəyinin rəhbəri İsmət Taymuşla bu qələbənin bəzi məqamları üzərində durduq. İsmət bəy İğdır doğumlu bir Azərbaycan türküdür, dədə-babası Qərbi Azərbaycandan köç etmişdir. Uzun illər Kayseri Vilayət Mədəniyyət müdiri olmuşdur. Azərbaycanla dostluq körpüsünün yaradılmasında önəmli addımlar atmış şəxslərdən biridir. Görüşümüzdə İkinci Qarabağ savaşı günlərini yada saldıq...

–2020-ci ilin savaş günləri yaxşı yadımdadır. Bütün Türkiyə kimi Kayseri də ayaq üstündə idi, savaşın hər anı izlənməkdəydi, şəhərdə hər gün dəstək mitinqləri, nümayişlər keçirilirdi. Bütün şəhər Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. Bu, qardaş Azərbaycanın yanında olmağın göstəricisi idi. Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə azad etdi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatla bütün ərazisində dövlət suverenliyini bərpa etdi. Bundan böyük sevinç ola bilərmi? Türk tarixində bu, çox qürurverici bir tarixi hadisədir. Hər zaman qeyd olunacaq bir bayramdır. Zəfərimizin 4-cü ildönümündə də eynilə savaş günlərində keçirdiyimiz hissləri keçiririk.

– İsmət bəy, şübhəsiz ki, Azərbaycan Ordusu çox böyük qəhrəmanlıq göstərdi, çağdaş dünyanın müharibə tarixinə qələbənin necə qazanılacağı ilə bağlı öz dəst-xəttini yazdı. Bu qələbənin qazanılmasında Türkiyənin roluna necə baxırsınız?

–İlk dəfə deyil ki, iki qardaş ölkə bir-birinə əl uzadır. Türkiyənin ən ağır zamanlarında Azərbaycan xalqının verdiyi dəstəklərin yüzlərcə örnəyi var. Çanaqqala, Qurtuluş savaşlarında Azərbaycanın dəstəyini xatırlamaq kifəyətdir. Tariximizdə 1918-ci ilin 15 sentyabrında Bakının Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən qurtuluşu örnəyi var. Bütün bunlar qardaşlıq nümunələridir.

Əlbəttə, 44 günlük savaşda da Türkiyənin dəstəyi Azərbaycana güc verdi. Azərbaycanın bu qələbəsində Türkiyənin töhfəsi uzun illər xatırlanacaq. Bu töhfə müharibə boyu bir çox sahələrdə, xüsusən də siyasi, mənəvi və diplomatik sahələrdə edilirdi. Başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə dövlət rəsmiləri müharibənin ilk anlarından Azərbaycanın yanında olduqlarını bəyan etdilər.

Türkiyə üçüncü ölkələrə xəbərdarlıq etdi ki, Azərbaycanın haqq mübarizəsinə qarışmasınlar. Türkiyənin bu dəstəyi Azərbaycan xalqının və ordusunun ruh yüksəkliyini artırdı. Bu müharibədə Azərbaycanın bir üstünlüyü də vardı. Ölkənin rəhbərliyində Ali Baş Komandan İlham Əliyev kimi görkəmli siyasi xadim, şəxsiyyət vardı. Prezident İlham Əliyevin bütün çıxış və müsahibələrini izləyir və fəxr edirdik. Bu da qələbənin qazanılmasında önəmli amil oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Bakıda Azərbaycanın bu qələbəsinin qeyd edildiyi mərasimdə iştirakı və bu mərasim zamanı çıxışı uzun illər xatırlanacaqdır. Onun “Laçın” şeirini söyləməsinin bizləri nə qədər həyacanlandırdığını sözlə ifadə etmək çətindir. İkinci Qarabağ müharibəsi Türkiyə–Azərbaycan əməkdaşlığının başlanğıcından icrasına və bitməsinə qədər bütün sahələrdə əməli nəticələr verən mühüm nümunələrdən biri kimi Türk tarixinə düşəcəkdir.

– İsmət bəy, İkinci Qarabağ müharibəsindən iki il sonra sizin rəhbərliyinizlə yaradılan Anadolu – Azərbaycan Təhsil, Mədəniyyət və Dostluq Dərnəyi qarşısına hansı hədəfləri qoymuşdur?

–Mən bu fikirdəyəm ki, Azərbaycanla, Türküstandakı digər dövlətlərimizlə əlaqələrimiz daha da genişlənməlidir. Elə dərnəyimizi də bu əlaqələrə töhfə vermək üçün qurduq. Dərnəyimizin üzvləri Türkiyədən, Azərbaycandan, Cənubi Azərbaycandan və Türküstandan olan ziyalılardır. Qısa müddət ərzində bir çox tədbirlərin keçirilməsinə nail olduq. Azərbaycanın, Türk dünyasının özəl günlərini, bayramlarını ənənəvi olaraq qeyd edirik. Tariximizdə baş verənləri Anadolu insanlarına anlatmaq üçün tədbirlər keçiririk. Keçən il 1944-cü il Axıska sürgününün ildönümü ilə əlaqədar fotosərgi və konfrans düzənlədik . Hər il 8 noyabrda təntənəli şəkildə Zəfər bayramını keçiririk, bu il də həmin ənənəyə sadiq qalacağıq. Xocalı abidəsinə çələng qoyuruq, şəhidlərimizi hörmətlə anırıq. Təhsil, mədəniyyət sahəsində dərnəyimizin hazırladığı proqram çərçivəsində işlərimizi irəli aparmağı düşünürük. Yaxın vaxtlarda dərnəyimizin idarə heyəti üzvlərinin də yer aldığı bir heyətlə Azərbaycana səfər etməyi planlaşdırırıq. İkinci Qarabağ savaşı göstərdi ki, bizim bizdən başqa dostumuz yoxdur. Bir vaxtlar əfsanə hesab edilən Turan məfkurəsi artıq xəyal deyil. Türk Dövlətləri Təşkilatının yaranması və fəaliyyəti bizim əlaqələrimiz üçün stimula çevrilib. Güclü Türk Birliyi bizim idealımızdır. Bu istiqamətdə qərarlı addımlar atmağa çalışacağıq.

Söhbəti yazdı:
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see228

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see222

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see192

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see189

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see180

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see176

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see161

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see146

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri