İspaniya futbolunda qalmaqal: Real Madrid dən istefa tələbi
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
"Real Madrid" futbol klubu rəsmi bəyanat yayaraq Xavyer Tebasın La Liqa prezidenti və İspaniya Kral Futbol Federasiyasının vitse-prezidenti postlarından dərhal istefa verməsini tələb edib.
Bu barədə "kral klubu"nun rəsmi saytı xəbər verir.
Məlumata görə, buna səbəb Tebasın "Real Madrid TV" televiziya kanalını nasist Almaniyası ilə müqayisə etməsi olub.
Daha əvvəl Tebas "X" sosial şəbəkəsindəki hesabında "Real Madrid TV"nin fəaliyyətini Gebbelsin metodlarına bənzətmişdi: "Bu metod nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelsin istifadə etdiyi mexanizmləri xatırladır: sistemli təkrar, düşmən obrazının yaradılması və faktların süjetə tabe etdirilməsi".
O daha sonra dəqiqləşdirmişdi ki, bu müqayisə nasist ideologiyasına və ya "Real" azarkeşlərinə deyil, yalnız "təbliğat texnikalarına" aiddir.
Madrid klubunun rəsmi bəyanatında vurğulanır ki, Tebas İspaniya futbolunda ən yüksək məsuliyyət daşıyan iki postu tutur və onun kluba böhtan atmaq üçün nasist təbliğatına istinad etməsi tamamilə yolverilməzdir".
"Onun nasist ideologiyasını nəzərdə tutmadığını dəqiqləşdirməsi bəyanatın dərin təhqiramiz, mənəvi cəhətdən iyrənc və institusional olaraq ləyaqətsiz xarakterini yumşaltmır", - deyə "kral klubu"nun rəsmi bəyanatında qeyd olunub.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 17 Oktyabr 2026 04:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















