İspaniya millisinin müdafiəçisi həbs oluna bilər: Mərc oyunlarına görə
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Sevilya"nın futbolçusu Kike Salas İspaniya polisi tərəfindən saxlanılıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisi qeyri-qanuni mərc oyunlarında iştirak etməkdə ittiham olunur. Bu barədə "El Confidencial" məlumat yayıb.
Salasın bəzi oyunlarda bilərəkdən sarı vərəqə aldığı bildirilir. İspan futbolçu ilə birlikdə onun bir neçə dostu da saxlanılıb. Müdafiəçi dostlarının pul qazanması üçün qəsdən sarı vərəqə almaqda ittiham olunur.
Dələduzluq ittihamı ilə futbolçuya və yaxınlarına cinayət işi açılıb. Futbolçu ifadə verdikdən sonra komanda ilə məşqə çıxıb.
Kike Salas ötən mövsüm La Liqanın 30-38 turları arasında keçirilən 9 oyunda, əksəriyyəti son dəqiqələrdə olmaqla 7 sarı vərəqə görüb. Gənc futbolçu həmin dönəmdə İspaniya çempionatında ən çox sarı vərəqə alan oyunçu olub. İspaniya U-21 millisinin üzvünün cəzası sübuta yetirilsə, altı aydan üç ilədək həbs cəzası ala bilər.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 14 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















