İspaniya XİN Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə olunmasına dəstəyini ifadə edib
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə razılaşmanın əldə olunması barədə bəyanatları alqışlayır. Bu Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq istiqamətində mühüm addımdır.
525.az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirib.
"İspaniya ümid edir ki, bu, iki ölkə arasında yekun sazişin imzalanmasına gətirib çıxaracaq", - bəyanatda qeyd edilib.
İspaniya XİN Cənubi Qafqazda sabitliyə və sülhə sadiqliyini bir daha təsdiqləyib.
Xatırladaq ki, ötən gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Bakı və İrəvan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatdığını rəsmən bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Mart 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















