Icma.az
close
up
RU
İspaniyada Aİ üzvü olmayan ölkələrin vətəndaşlarından ev üçün 100 faizlik vergi tutulması təklif edilir AZƏRTAC

İspaniyada Aİ üzvü olmayan ölkələrin vətəndaşlarından ev üçün 100 faizlik vergi tutulması təklif edilir AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 yanvar, AZƏRTAC

İspaniya hökuməti ölkədəki mənzil böhranını həll etmək üçün Aİ üzvü olmayan vətəndaşların əmlak almasına 100 faizlik vergi tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu təşəbbüs hökumətin kəskin bahalaşan və bir çox İspaniya sakinləri üçün əlçatmaz hala gələn mənzil qiymətləri ilə bağlı artan narazılığı yatırtmaq cəhdi ilə əlaqədar yanvarın 13-də, bazar ertəsi günü Baş nazir Pedro Sançesin açıqladığı silsilə tədbirlərdən biri olub.

“The Guardian” nəşri yazır ki, son on il ərzində evlərin qiymətləri İspaniyada 48 faiz artıb və bütün Avropada ev təsərrüfatlarının gəlirlərini xeyli ötüb.

Madriddə keçirilən iqtisadi forumda çıxış edən Sançes deyib: “Qərb iki sinfə bölünmüş cəmiyyətə çevrilməmək, zəngin torpaq sahibləri və kasıb kirayəçilərdən ibarət olmamaq kimi həlledici problemlə üz-üzədir”.

Təklif olunan tədbirlərə sosial evlərin tədarükünün genişləndirilməsi, boş evləri sərfəli qiymətə təmir etdirib icarəyə verənlərin stimullaşdırılması, mövsümi kirayələrin qarşısının alınması daxildir. “İspaniyada mənzillərin cəmi 2,5 faizi sosial evlərə ayrılır və biz Niderland kimi ölkələrdən əhəmiyyətli dərəcədə geridə qalırıq”, -deyə Sançes bildirib.

Amma hökumətin Aİ-yə daxil olmayan ölkələrdən gələn xarici alıcıları sıxışdırmaq planları bütün dünyada baş xəbərə çevrilib. İspaniya uzun müddətdir ki, İbiza, Marbella və Barselona kimi yerlərdə əmlak almaq üçün İngiltərə, ABŞ və Mərakeş sakinlərinin axın etməsi ilə Avropa İttifaqına daxil olmayan tətil evi alıcıları üçün çoxdan populyar bir məkan olub.

Sançes 100 faizə qədər olan vergini İspaniya tarixində “görünməmiş hal” kimi xarakterizə edib. O deyib: “Sizin təsəvvür etməniz üçün bildirim ki, təkcə 2023-cü ildə Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşları İspaniyada 27.000-ə yaxın ev və mənzil alıblar. Onlar bunu həmin evlərdə yaşamaq üçün etməyiblər, ailələrinin yaşamağa yeri olsun deyə əmlak almayıblar, bunu möhtəkirlik, pul qazanmaq üçün ediblər. Hazırkı çatışmazlıq şəraitində buna icazə verə bilmərik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri