Icma.az
close
up
RU
İspaniyada böyük ailə ilə bağlı 5600 il əvvəl baş verən dəhşətli hadisə (TƏDQİQAT)

İspaniyada böyük ailə ilə bağlı 5600 il əvvəl baş verən dəhşətli hadisə (TƏDQİQAT)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni araşdırmaya görə, 5600 il əvvəl Pireney yarımadasında yerləşən El-Mirador mağarasında neolit dövrünə aid bir ailə qətlə yetirilib, dərisi soyulub, bişirilib və yeyilib. 

Qaynarinfo "Live Science" jurnalına istinadən xəbər verir ki, ən azı 11 nəfərin - böyüklər, yeniyetmələr və uşaqların - hərbi xarakterli hannibalizmin qurbanı olması ehtimal edilir.

Mağarada tapılan sümüklərdə kəsik izləri, insan diş izləri, iliyi çıxarmaq üçün edilən sınıqlar və bişirmə əlamətləri aşkar edilib. Alimlər bu hadisənin qısa müddətdə – ehtimal ki, bir neçə gün ərzində – baş verdiyini və neolit dövrünün son mərhələsində, bölgədə əkinçilik və təsərrüfat işlərinin yayılmağa başladığı dövrdə yaşandığını bildirirlər.


Tədqiqat müəlliflərindən olan Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun (IPHES) və Rovira-i-Virxili Universitetinin araşdırmaçısı Fransesk Marjinedas deyib:

"Bu nə dəfn mərasimi idi, nə də aclıq səbəbilə görülən tədbir. Məlumatlar hadisənin sürətlə baş verdiyini və qonşu kənd təsərrüfatı icmaları arasında baş vermiş zorakı toqquşma ola biləcəyini göstərir".

Bu, El-Mirador mağarasında aşkar edilən ilk kannibalizm nümunəsi deyil. 2000-ci illərin əvvəlində arxeoloqlar burada eyni izləri daşıyan altı nəfərin qalıqlarını aşkarlamışdı, lakin onlar təxminən 4600–4100 il əvvələ aid erkən tunc dövrünə məxsus idi və sonrakı qazıntılarda tapılan yüzlərlə qədim sümük nümunəsi ilə əlaqəli deyildi.

Yeni tədqiqat zamanı tapılan sümüklərin radio-karbon analizinə əsasən, onların yaşı 5709–5573 il arasında dəyişir. Kimyəvi analiz göstərib ki, bu şəxslər bölgənin yerli sakinləri olub və qısa müddət ərzində öldürülüblər. Qurbanların yaşı 7-dən kiçik uşaqlardan 50-dən yuxarı böyüklərə qədər müxtəlif olub. Ehtimal edilir ki, onlar bir və ya bir neçə böyük ailənin üzvləri olub.

Alimlərin fikrincə, bu yeni nümunə neolit dövründə geniş yayılmış qrup­lararası zorakılıq haqqında məlumata uyğun gəlir. Araşdırma müəlliflərindən biri, Merida Arxeologiya İnstitutunun və IPHES-in əməkdaşı Antonio Rodrigez-İdalqo qeyd edib:

"Münaqişələr və onların qarşısını almaq və idarə etmək strategiyaları insan təbiətinin bir hissəsidir. Etnoqrafik və arxeoloji məlumatlar göstərir ki, hətta az saylı və sosial baxımdan az təbəqələşmiş icmalarda belə zorakılıq epizodları baş verə bilər və düşmənlərin tamamilə məhv edilməsi halları yaşana bilər".

Aydın
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri