İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 iyun, AZƏRTAC
İspaniyada may ayında baş verən həddindən artıq isti havalar 101 nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu, 2015-ci ildə qeydlər aparılmağa başlanandan bəri rekord rəqəmdir.
“Bu rəqəm son on ildə may ayında baş verən isti hava ilə bağlı ölümlərin orta sayından 3,6 dəfə çoxdur”, - deyə Nazirliyin mətbuat açıqlamasında bildirilib.
Hökumət erkən isti hava dalğalarının hətta “yay başlamazdan əvvəl” belə sağlamlığa ciddi təsiri barədə xəbərdarlıq edir.
Məlumatlar İspaniyada hər gün bütün ölüm hallarını qeydə alan “MoMo” sistemindən əldə edilib. Sistem faktiki ölüm sayını tarixi məlumatlara əsaslanan statistik proqnozlarla müqayisə edir.
Son bir neçə gündə İspaniyanın müxtəlif şəhərlərində, xüsusən də ölkənin şimalında temperatur rekordları qırılıb. “Aemet” Milli meteorologiya xidmətinin məlumatına görə, söhbət “may ayı üçün olduqca yüksək temperaturlar”dan gedir, hansı ki, üstəlik təəccüblü dərəcədə uzun müddət davam etdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 03 İyun 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















