Icma.az
close
up
RU
Azərbaycan karateçiləri Avropa çempionatından Vətənə qayıdıblar

Azərbaycan karateçiləri Avropa çempionatından Vətənə qayıdıblar

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Kipr Respublikasının Limasol şəhərində keçirilən gənclər arasında karate (WKF) üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, idmançılarımız Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, məşqçilər, valideynlər və idman ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıblar.

6-8 fevral tarixlərində təşkil olunan nüfuzlu turnirdə karateçilərimiz müxtəlif yaş və çəki dərəcələrində medallar qazanıblar. U-18 yaş kateqoriyasında kata üzrə çıxış edən Salman Salmanov bürünc medal əldə edib. Kumite yarışlarında 66 kq çəki dərəcəsində Cansu Əhmədzadə, 61 kq-da Rəvan Abasov bürünc medala sahib olublar. 55 kq-da mübarizə aparan Vüsal Qənbərov gümüş medal qazanıb. 68 kq çəki dərəcəsində çıxış edən Ələddin Məlikov isə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

U-21 yaş kateqoriyasında ölkəmizi təmsil edən Aslan Dostuyev 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatında Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun, U-18 millisinin baş məşqçisi Anar Allahverdiyevin, U-21 millisinin baş məşqçisi Elnur İbrahimin və kata üzrə baş məşqçi köməkçisi İsmayıl Quliyevin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Azərbaycan karateçiləri Avropa çempionatını bir qızıl, bir gümüş və dörd bürünc medalla başa vurublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri