İsrael Katz: “Livanın şimalında mühüm strateji yüksəklik ələ keçirilib”
Icma.az, Ayna saytına istinadən bildirir.
"Baş nazir Benyamin Netanyahunun və mənim əmrimlə İsrail Müdafiə Qüvvələri Livanda manevrlərini genişləndirdi”
İsrail ordusu Livanda Litani çayının şimalında, Xaçlıların Bofort qalasının yerləşdiyi mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Nazir “Facebook” səhifəsində İsrail və Qolani Piyada Briqadasının bayraqlarının orta əsr qalasının xarabalıqları üzərində dalğalandığını göstərən bir foto paylaşıb.
"Baş nazir Benyamin Netanyahunun və mənim əmrimlə İsrail Müdafiə Qüvvələri Livanda manevrlərini genişləndirdi, Litani çayını keçdi və Qalileyadakı icmalarımızı qorumaq və qoşunlarımızın təhlükəsizliyini təmin etmək üçün ən vacib strateji nöqtələrdən biri olan Bofort silsiləsini ələ keçirdi", - Katz yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:241
Bu xəbər 31 May 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















