İsrail ABŞ İran razılaşmasından sonra Livana zərbələr endirir
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hava hücumlarında ən azı dörd nəfər həlak olub
16 iyunda İsrail Müdafiə Qüvvələri Livanın cənubuna zərbələr endirdiyini və “Hizbullah” buraxılış qurğusunun məhv edildiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Livan tərəfinin məlumatına görə, bu hava hücumlarında ən azı dörd nəfər həlak olub.
İsrail ordusu əsgərlərinə atılan bir neçə raketi ələ keçirdiyini və sonra təhlükəni aradan qaldırmaq üçün əməliyyatın aparıldığı ərazidə buraxılış qurğusunu və şübhəli bir nəqliyyat vasitəsini məhv etdiyini bəyan edib.
Livan dövlət xəbər agentliyi bildirib ki, dronlar Nəbatiyyə əyalətində üç nəqliyyat vasitəsinə hücum edərək dörd nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb.
Hücumlar ABŞ və İran arasında Livan-İsrail münaqişəsini də əhatə edən müvəqqəti sülh müqaviləsinin elan edilməsindən bir gün sonra baş verib. Sazişin mətni hələ dərc olunmayıb. Lakin “Reuters”in məlumatına görə, memorandumda İsrail qoşunlarının Livanın cənubundan çıxarılması öhdəliyi yoxdur. Amma atəşkəs nəzərdə tutulur.
Daha əvvəl İsrail rəsmiləri ABŞ-İran razılaşmasının onların ölkələrinə təsir etmədiyini bildirmişdilər. Onlar İsrail qüvvələrinin Livanda, Suriyada və Qəzza zolağında qeyri-müəyyən müddətə qalacağını açıqlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:238
Bu xəbər 17 İyun 2026 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















