Icma.az
close
up
RU
İsrail antiterror əməliyyatına BAŞLADI

İsrail antiterror əməliyyatına BAŞLADI

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

Manset.azxəbər verir ki, ordunun mətbuat xidmətindən verilən açıqlamaya görə, bunu İsrail Müdafiə Qüvvələri, Baş Təhlükəsizlik Xidməti və Sərhəd Polisinin qüvvələri həyata keçirir. Əməliyyat "Dəmir divar" adlanır. Hərbçilər hələlik başqa təfərrüatları açıqlamayıblar.

"Ətraflı məlumat daha sonra açıqlanacaq", - məlumatda deyilir.

“The Times of Israel”in mənbəsinin verdiyi məlumata görə, əməliyyat ən azı bir neçə gün də davam edəcək.

Mənbənin sözlərinə görə, döyüşlər Cenində radikal qrupların istifadə etdiyi infrastruktur obyektlərinə pilotsuz təyyarələrin zərbələri ilə başlayıb, bundan sonra İsrail təhlükəsizlik qüvvələri şəhərə daxil olub.

Əməliyyatın məqsədi İordan çayının qərb sahilində ordunun fəaliyyət azadlığını qorumaq, terror infrastrukturunu zərərsizləşdirmək və təcili təhdidləri aradan qaldırmaqdır.

seeBaxış sayı:73
embedMənbə:https://www.manset.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri