Icma.az
close
up
RU
İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Dəməşqə hücumu böyük tabloda Tramp Administrasiyasının Suriya planına qarşı atılmış addım kimi görünür. Vaşinqtonun Suriyanın bütövlüyünün qorunması mövqeyindən çıxış etməsi və Türkiyənin bu ölkədəki zamin rolunu tanıması Təl-Əvivdə qəbul olunmur, hərçənd, ABŞ-ın hərbi/siyasi rəhbərliyində də İsrailin mövqeyini paylaşan qruplar var, xüsusilə PYD/YPG-nin gələcəyi ilə bağlı məsələ üzərindən.

İsrail (həm də Təl-Əvivlə ortaq mövqe sərgiləyən ABŞ-dakı mərkəzlər) Suriyada fərqli perspektivdən çıxış edir:

- Ölkənin federallaşması: bu, ən yaxşı halda İraq modelinin Suriyada tətbiq edilməsi və mərkəzi hakimiyyətin zəif nəzarət mexanizmlərinə malik olması deməkdir, hərçənd, belə bir perspektiv bölünmə riskləri də vəd edir;

- Təl-Əviv İraq modelindəki Suriyanı “təhlükəsizlik prinsipləri”nin tərkib hissəsi kimi görür, əks təqdirdə, qeyri-müəyyən gələcəkdə İran təhdidinin yenidən aktuallaşacağını, müəyyən gələcəkdə isə din mərkəzli yeni regional gücün təhdid yarada biləcəyini hesab edirlər, xüsusilə Türkiyə amili fonunda.

Əsədin devrilməsi ilə Suriyada İranın boşalan yerini Türkiyənin doldurması İsrail üçün arzuolunmaz nəticələr yaratdı. Lakin hər şey bununla da bitmədi:

- Tramp Administrasiyanın Suriya hakimiyyətini dəstəkləməsi - Əhməd əş-Şara ilə görüş, HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması, sanksiyaların yumşaldılması – arzuolunmaz nəticələri gücləndirdi;

- PKK-nın silahı buraxması Suriyada PYD\YPG kartını da ciddi ölçüdə zəiflədir və çıxılmaz perspektivlər vəd edir;

Bu nəticələr fonunda İsrailin druz kartından istifadə etməsinin iki mümkün hədəfi var:

1. Druzların muxtariyyətinə nail olmaq, bununla Suriyanın federallaşması presedentini yaratmaq: bu, maksimal hədəfdir;

2. Minimal hədəf druzlardan Dəməşqin yeni hakimiyyəti ilə arasında bufer kimi istifadə etmək, Əsədin gedişindən sonra ələ keçirdikləri əraziləri de-fakto legitimləşdirməkdir;

İstisna deyil ki, Əhməd əş-Şara ilə Bakıda danışıqlar aparan İsrail rəsmilərinin cari tələbləri arasında bunlar olub. Və bu danışıqlardan sonra Dəməşqin bombalanması razılaşmanın olmadığı ehtimalını önə çıxarır. Burada ən önəmli nöqtə Süveydə vilayətində druzlarla bədəvilər arasında toqquşmanın Bakı görüşündən öncə başlamasıdır. Səbəb-nəticə məntiqi bu qarşıdurmada maraqlı olan İsraili təşkilatçı qismində də göstərir, lakin Şara hakimiyyətinin bədəvilərlə druzların toqquşmasını bölgəyə müdaxilə etmək və mərkəzi nəzarəti gücləndirməkdə fürsət kimi gördüyü faktı da diqqət çəkir. Bu baxımdan, Süveydə toqquşmasında hər iki tərəfin – Təl-Əvivin də, Dəməşqin də maraqları vardı, yaxud hər iki tərəf baş vermiş qarşıdurmanı (druzlarla bədəvilər arasında əvvəllər də lokal toqquşmalar olub) öz xeyrinə çevirməyə çalışdı. Nəticə hər iki tərəf üçün qeyri-müəyyəndir:

- Suriya qoşunlarını bölgədən çəksə də, muxtariyyət istəklərini qəbul etmir və döyüşə hazır olduğunu bəyan edir;

- İsrail hücumla druz kartını qoruyub saxlasa da, yekun hədəflərinə nail olmağın çətinlikləri var;

Netanyahunun son açıqlamaları İsrailin hücumlarını davam etdirəcəyinin anonsu hesab edilə bilər. Lakin Təl-Əvivin İran üzərində əldə etdiyi nəticəyə Suriyada da nail ola biləcəyi sual altındadır, Dəməşq Tehranla müqayisədə qat-qat zəif olsa da.

Birincisi, Tramp Administrasiyasının bu məsələdəki mövqeyi hələ də İsraillə üst-üstə düşmür;

İkincisi, Təl-Əviv Suriyada yeni zamin rolunda olan Ankara ilə üz-üzə gələ bilər. Ki, Türkiyə İran olmayacaq;

Üçüncüsü, ABŞ hadisələrin Türkiyə və İsrailin toqquşa biləcəyi həddə qədər inkişafında maraqlı deyil;

Bu amillər Suriyada lokal toqquşmalar və İsrail hücumlarının kölgəsində danışıqlar prosesinin çıxış yolu kimi önə çıxacağı ehtimalını artırır. Bu halda Bakının dialoq mərkəzi rolu daha da güclənə bilər. Danışıqlarda nəticə əldə etməyin çətinliyi olsa belə, təmas xətlərinin saxlanılması Suriyada iştirakçı ölkələrdən olan Azərbaycan üçün də önəmlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri