Sığınacaq almışdı: Bakıya gətirildi və həbs edildi
Icma.az bildirir, Axar.az portalına istinadən.
Tiktok platformasında “Elman57” adı ilə tanınan Elman Əhmədzadə Almaniyadan deportasiya edilərək Azərbaycana qayıdarkən hava limanında saxlanılıb.
Axar.az Nocomment.az-a istinadla xəbər verir ki, Almaniyada yaşadığı müddətdə siyasi sığınacaq alan və sosial şəbəkə hesablarında sərt çıxışları ilə diqqət çəkən E.Əhmədzadə Azərbaycandakı müxtəlif şəxsləri hədə-qorxu və şantaj yolu ilə pul verməyə məcbur etməkdə ittiham olunur.
İstintaq materiallarına görə, o, bəzi şəxslərdən birbaşa pul tələb edib, digərlərindən isə Tiktokda canlı yayımlar zamanı “Universal” və “Şir” kimi bahalı virtual hədiyyələr göndərmələrini istəyib.
Məlum olub ki, saxlanılan şəxs “Əhdi Parfum” kimi tanınan Əhdiman Osmanovun intim görüntülərini yaymamaq müqabilində ondan 12 min dollar tələb edən dəstənin əsas üzvlərindən biridir. Əhdi ilə danışan və pulu tələb edən şəxsin məhz Elman Əhmədzadə olduğu müəyyənləşdirilib.
Avropada toxunulmaz olduğuna arxayınlaşaraq bu cür əməllərə əl atan bloger Azərbaycan hökumətinin təqdim etdiyi sorğu əsasında ölkəyə deportasiya edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hava limanında saxlanılaraq istintaqa cəlb olunan E.Əhmədzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baxış sayı:75
Bu xəbər 15 Noyabr 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















