Icma.az
close
up
RU
İsrail Colan təpələri ilə bağlı güzəşt əldə etməyə çalışır AÇIQLAMA

İsrail Colan təpələri ilə bağlı güzəşt əldə etməyə çalışır AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Suriya keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa İsrailin hücumları fonunda ölkəsinin müharibədən qorxmadığını və öz ləyaqəti uğrunda döyüşməyə hazır olduğunu bəyan edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, Əhməd Əl Şaraa ötən gün baş vermiş hücumlardan sonra etdiyi müraciətdə Suriyanın ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olduqlarını və müharibədən çəkinmədiklərini bildirib.

"O vurğulayıb ki, İsrailin hüquqlarını müdafiə etdiyini iddia etdiyi druzlar, Suriya mərkəzi hakimiyyətindən geniş səlahiyyətli muxtariyyət və ayrılmaq tələb edirlər. Bu cür tələblər, yəni Suriyanın ərazi bütövlüyünün pozulması və parçalanması perspektivdə İsrailin maraqlarına da xidmət edir.

1967-ci ildə İsrailin nəzarəti altına keçən Colan təpələri məsələsi uzun illərdir İsrail və Suriya arasında mübahisə və münaqişə mövzusu olaraq qalır. Əhməd Əl Şaraa daha əvvəl bu məsələni İsraillə müzakirə yolu ilə həll etməyə çalışacaqlarını bildirmişdi. Lakin hazırkı vəziyyətdən istifadə edərək İsrail bu məsələni yenidən qabardır, druzların hüquqlarını müdafiə etdiyini bəyan etməklə əslində Colan təpələri ilə bağlı güzəşt əldə etməyə çalışır. Bütün bunlar bölgədə müharibə riskini artırır və silahlı toqquşmanın istənilən an baş vermə ehtimalını real və qaçılmaz edir", - deyə politoloq bildirdi.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri