İsrail Colan təpələrindəki hərbi bölmələrini gücləndirir
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail ordunsu Suriyada baş verən hadisələrlə əlaqədar Colan təpələrindəki hava və quru bölmələrini gücləndirir. Tel-Əviv hücum və müdafiə vəziyyətlərində baş verə biləcək hər hansı inkişafa hazırdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə İsrail ordunun bəyanatında deyilir.
“Suriyada yaranan vəziyyət İsrail Silahlı Qüvvələrinin Baş Qərargahında və Şimal Dairə Komandanlığında qiymətləndirilib. Colan təpələrindəki hava və quru qüvvələrinin gücləndirilməsinə qərar verilib. İsrail ordusu hadisələri izləyir və həm hücum, həm də müdafiə baxımından vəziyyətin istənilən inkişafına hazırdır”, - deyə İsrail ordunsunun mətbuat xidmətinin məlumatında bildirilir.
Bəyanatda, həmçinin İsrail ordusunun sərhəd yaxınlığında təhlükənin yaranmasına imkan verməyəcəyi və təhdidlərə qarşı mübarizə aparacağı vurğulanır.
Qeyd edək ki, Colan təpələri 1967-ci ilin iyun ayında “Altı günlük müharibə” zamanı İsrail qoşunları tərəfindən işğal olunub.
Baxış sayı:74
Bu xəbər 06 Dekabr 2024 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















