Icma.az
close
up
RU
İsrail dövləti İranın nüvə proqramının hansı istiqamətdə getdiyini çox yaxından izləyir

İsrail dövləti İranın nüvə proqramının hansı istiqamətdə getdiyini çox yaxından izləyir

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əgər İsrail buna mane olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edə bilərdi. Bunu İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib. "İranın nüvə silahına sahib olacağına heç bir şübhə yoxdur. Əgər biz onların qarşısını almaq üçün müxtəlif tədbirlər görməsəydik, onlar yəqin ki, 10 il əvvəl orada olardılar. Biz onları yavaşlatdıq, lakin onları tamamilə dayandırmadıq", - deyə Netanyahu bildirib.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portlına açıqlamasında bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun açıqlaması önəmli açıqlamadır və İranın nüvə silahına sahib olacağına İsrail şübhə etmir.

Sadiq İsabəyli

“İranın bununla bağlı kifayət qədər potensialı və bu yolda əldə edəcəyi texnoloji və elmi irəliləyişləri var. Rejimin nümayəndələri də etiraf edirlər ki, “biz nüvə silahını nüvə silahını əldə edə bilərik və onun bütün elmi-texniki imkanlarına sahibik, amma bunu istəmirik”. Guya, Əli Hüseyni Xamenei nüvə silahını haram elan edib. Bilirsiniz ki, şiə məzhəbində bir ayətullahın fitvası sabah dəyişdirilə bilər. Yəni bu gün haram dediklərini sabah halal elan edə bilirlər. Bu səbəbdən də kimsə inanmır ki, Əli Hüseyni Xamenei haram elan edib deyə İran fars-molla rejimi nüvə silahının əldə edilməsi üçün addım atmasın. Bu da İsrailin təhlükəsizlik hesablamalarında İranın nüvə proqramının mərkəzi rol oyanacağını göstərir. İsrail dövləti çalışır ki, bu məsələni beynəlxalq arenada gündəmə gətirsin və bildirsin ki, bu təkcə İsrail dövlətinə deyil, bütün dünyaya təhlükədir. Zaman-zaman Benyamin Netanyahu ifadə edir ki, “biz rejimin nüvə silahı əldə etmək istəyinə əmin olduğumuz üçün ona qarşı müxtəlif tədbirlər həyata keçirmişik”. Xatırlayırısnızsa, uranın zənginləşdirilməsi mərkəzlərinə “Stuxnet” adlı bir virus göndərilmişdi. Orada bir sıra problemlər yaranmışdı. Hətta bir sıra partlayışlar da olmuşdu. Verilən bəzi məlumatlara görə, bir sıra gizli əməliyyatlar da aparılmışdı. Hətta o dövrdə İranın nüvə fəaliyyətlərinə rəhbərlik edən şəxs həmin partlayışda yaralanmışdı. İsrail zaman-zaman çalışıb ki, İran rejiminin nüvə silahı əldə etməsinə mane olsun”-deyən Sadiq İsabəyli hesab edir ki, İsrail dövləti bu prosesə müdaxilə etmək məcburiyyətindədir.

“ABŞ və onun höküməti hər zaman sadəcə iqtisadi sanksiyalar, bir sıra imtiyazlar üzərindən İran rejimini nüvə silahı əldə etməkdən çəkindirməyə çalışırdı və bunu bir qırmızı cizgi olaraq müəyyənləşdirmişdi. İran rejiminin müxtəlif siyasi, hərbi, təhlükəsizlik orqanlarında olan şəxslərin açıqlamalarına baxanda görürük ki, Amerikanın ortaya qoyduğu qırmızı cizgi məsələsinə o qədər önəm verilmir”-deyən siyasi şərhçi qeyd edib ki, Beynəlxalq Atom Enerji Təşkilatı nəzarət mexanizmini artırmağa çalışırdı, amma verilən hesbatlarda görünür ki, rejim bir çox nüvə fəaliyyətlərini gizli şəkildə həyata keçirib.

“Bununla bağlı Netanyahu höküməti bir neçə il öncə çox ciddi sənədlər açıqladılar və bildirdilər ki, İran rejiminin nüvə çalışmalarının sülhməramlı olması iddiası və bundan tibbi məsələlərlə bağlı istifadə iddiası yanlışdır. Uranın zənginləşdirməsi üzərində faiz dərəcəsi artırılarsa, bu da o deməkdir ki, bunların məqsədi hərbi məqsədli bir fəaliyyətdir. İsrail dövləti buna imkan verə bilməz. Bu açıqlamada, həm də o məsələ ortaya çıxır ki, İsrail dövləti İranın nüvə proqramının hansı istiqamətdə getdiyini çox yaxından izləyir və proseslərin necə təhlükəli olduğunu görür”-deyən Sadiq İsabəyli bildirib ki, bu səbəbdən də İsrail dünyaya xəbərdarlıq edir ki, bu vəziyyət geridönülməz hal almadan tədbir görülməlidir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see390

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see122

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see116

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see116

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see115

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see115

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri