Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İsrail Güney azərbaycanlı müxaliflərlə danışıqlar aparır: plan başqadır! Şmuleviçdən ŞOK

İsrail Güney azərbaycanlı müxaliflərlə danışıqlar aparır: plan başqadır! Şmuleviçdən ŞOK

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Globalinfo.az İran-İsrail müharibəsi mövzusunda israilli tarixçi və politoloq Avraham Şmuleviçdən müsahibə alıb. Turkustan.az həmin müsahibəni təqdim edir:

Həmin müsahibəni təqdim edirik:

– Gəlin iki gün öncəyə qayıdaq. İsrailin İrana ilk hücumunu necə şərh edərdiniz?

– Bu, öz gücünə və keyfiyyətinə görə görünməmiş bir əməliyyatdır. Mən dünya tarixində buna bənzər hadisə xatırlamıram ki, ilk zərbədən ölkənin bütün hərbi rəhbərliyi məhv edilsin. Bilirsiniz ki, bütün bu şəxslərin ölümü təsdiqləndi və dəqiq zərbələr endirilib. İran müharibəyə hazır idi. O hələ İslam inqilabından bəri İsrailin məhv edilməsinə hazırlaşır. Amma bütün bunların yetərsiz olduğu məlum oldu. İran hazırlıqsız yaxalandı. Məlumata görə, əsas nüvə obyektləri və İsraili hədəfə alan ballistik raketlər İran ərazisində yerləşdirilən dronlar vasitəsilə məhv edilib. Bu, sürətli və mükəmməl yerinə yetirilmiş əməliyyatdır. Buna görə İsraili təbrik etmək olar.

– Daha əvvəl də İsraillə İran arasında silahlı qarşıdurma olub. Bu hücum nə ilə fərqlənirdi?

– Əvvəlcə sınaq zərbə olaraq İran İsrailin müdafiə gücünü hiss etmişdi, indi isə irimiqyaslı, bənzərsiz hücum qabiliyyətini hiss etmiş oldu.

– Hücumun olacağı ilə bağlı söz-söhbətlər var idi. İran bu hücuma hazır idimi? İranın bir neçə yüksək rütbəli hərbçisi və nüvə sahəsində çalışan alimi öldürülüb. İran Ali rəhbəri Xameneinin iqamətgahına raket zərbəsi endirilib. O da hədəfdirmi? İsrail kəşfiyyatının hücumla bağlı fəaliyyəti barədə nə deyə bilərsiniz?

Benyamin Netanyahu və Əli Xamenei

– İsrail göstərdi ki, İran ərazisində istənilən şəxsi və obyekti vura bilər. Məsələ ondadır ki, bu, İsrailə lazımdırmı, geosiyasi cəhətdən məqsədəuyğundurmu?

Əgər İsrail və ABŞ hesab etsə ki, məhz Xamenei sərt mövqe tutur və onun hakimiyyətdən uzaqlaşdırılması hakim rejimin mövqeyinin dəyişməsi ilə nəticələnəcək, bu zaman o da məhv ediləcək. Yox, əgər bu belə deyilsə, Vaşinqtonda və Qüdsdəki hökumət Xameneinin aradan götürülməsinin mövcud gərginliyi daha da artıracağını düşünüb ona toxunmayacaqlar. İsrail artıq Xameneinin müşavirlərindən olan Əli Şamxanini məhv edib. Görünür, İsrail bu işi davam etdirəcək, amma hədəf nüvə proqramının bərpasını mümkünsüz edən razılaşmanın əldə olunmasıdır. Nə İsrail, nə də ABŞ-ın hədəfi İrandakı rejimin bu şəkildə dəyişməsi deyil. Amma ABŞ hökuməti demokratiyanın ixracı taktikasından imtina etdiyini rəsmi olaraq açıqlayıb. İsrail də heç vaxt ona birbaşa təhdid yaratmadığı müddətdə rejimlərin daxili siyasətinə qarşı mübarizə aparmayıb.

Əgər bu rejimlə anlaşmaq mümkündürsə, müvafiq olaraq, İsrail və ABŞ İran siyasi rəhbərliyini məhv etməyəcək. Hələ ki İsrailin əməliyyatı uğurla davam etdirdiyini demək olar.

– İran ABŞ-ın İsrailə bu hücumda kömək etdiyini iddia etdi. Donald Tramp isə İranla danışıqların tərəfdarı olduğunu deməklə yanaşı bildirdi ki, İsrailə hücum edilərsə, ABŞ özünü və İsraili müdafiə edəcək. Müharibənin genişlənməsi region üçün hansı nəticələrə səbəb ola bilər?

– İsrail və ABŞ siyasətçiləri, görünür, bunu razılaşdırıblar. İsrail və ABŞ-ın hədəfi təkcə İranın nüvə silahı əldə etməsinə mane olmaq deyil, həm də bundan sonra nüvə proqramını bərpa etməsinin qarşısını almaqdır. Tramp açıqlamasında dedi ki, İrana xəbərdarlıq etmişdik və bizim şərtlərlə razılaşsaydı, bu baş verməzdi, hərbi zərbələr olmazdı. Biz danışıqları bərpa etməyi təklif edirik və əgər bunu etməsələr, İran razılığa gələnə qədər İsrail bu hücumlara davam edəcək. Trampın dediyini diplomatik dildən tərcümə etsək, İrana təklif etdiyi razılaşma ilə nüvə obyektlərinin beynəlxalq müşahidəçilərin nəzarəti altında olmasına nail olmaq və İranı gələcəkdə nüvə proqramının bərpası imkanından məhrum etməkdir. Nüvə istehsalı sahəsində çalışan alimlərin məhvi də ona yönəlib.

– İsrail hücumların iki həftə davam edəcəyini demişdi. İrandan cavab zərbəsinin olacağını gözləyirdimi?

– İsrail qabaqlayıcı tədbirlər kimi İranın hava hücumundan müdafiə sistemlərini, dron və ballistik raketlərini məhv edib. İranın müttəfiqləri olan husilər çətin ki, nəsə etsinlər. Livan prezidenti bəyan edib ki, “Hizbullah”ın Livanı bu müharibəyə cəlb etmək haqqı yoxdur və İsrailə zərbə endirərsə, sərt tədbirlər görəcək. Rusiya İsrailin hərəkətini qınasa da, İrana kömək edə bilmir. Maraqlıdır ki, Ukrayna da İsrailin hərəkətini qınayıb və bu çox şeydən xəbər verir. Prinsipcə, İranın müttəfiqləri bir şey edə bilməzlər. İki həftə ərzində İranın bütün infrastrukturu sıradan çıxarıldıqdan sonra ABŞ yenidən danışıqları təklif edəcək və İranla sonda razılaşma əldə olunacaq və onun nüvə proqramının üzərindən xətt çəkiləcək.

– İranın İsrailə cavab zərbəsini necə qiymətləndirirsiniz? Proseslər bundan sonra necə inkişaf edəcək?

– Hərbi əməliyyatlar başladığı zaman Netanyahu onun 20 gün davam edəcəyini bəyan etmişdi. Bu gün, müharibənin üçüncü günündə deyə bilərik ki, İsrail hərbi rəhbərliyinin seçdiyi strategiya İranın bütün hərbi infrastrukturunu sıradan çıxarmağa hesablanıb. Həmçinin bəyan edilmişdi ki, əgər İran mülki obyektlərə zərbə endirməyə davam edərsə, İsrail İranın iqtisadi infrastrukturunu məhv edəcək. İran isə yalnız mülki obyektlərə hücum edir, nəticədə hamısı yaşlı insan olmaqla 4 mülki şəxs öldürülüb və bu, hərbi cinayət hesab olunur. Hazırkı məlumata görə, İsrail dünyanın ən böyük qaz yatağı Parsa, İranın əsas neft limanına və digər obyektlərə zərbələr endirib. İran iqtisadiyyatı çox zəifdir, onu sıradan çıxarmaq çox asandır. Bundan sonra bütün hərbi obyektlərin bir-bir məhv edilməsi davam etdiriləcək. İsrail sanki “kələm” kimi İranın qatlarını bir-bir soyur. Bilirsiniz ki, İranın 20 generalı, başqa sözlə, bütün komandanlıq və atom bombası istehsalı sahəsində çalışan 10-a yaxın alimi məhv edilib, eləcə də nüvə obyektlərinə zərbələr endirilib və bu davam etdiriləcək. İranın hava hücumundan müdafiə sistemləri məhv edilib.

Avraham Şmuleviç

İsrailli press-attaşenin bəyanatına görə, İsrail təyyarələri iki saat yarım Tehran üzərində səmada olublar. Bu, İranın paytaxtıdır və çox güclü müdafiə olunur. Bu, çox böyük uğurdur. İran isə açıq-aşkar feyk xəbərlər yayır ki, guya İsrail təyyarələri vurulub və sonra aydın oldu ki, o fotonu süni intellektlə düzəldiblər. İsrail havada tam üstünlüyə malikdir. Bəyan edildiyi kimi, İsrailin strateji hədəfi budur ki, İran ümumiyyətlə gələcəkdə bir də nüvə silahı yarada bilməsin. Amerikalılar İrana təklif etdiyi razılaşma variantı hansı ki, İran ABŞ-ın tam nəzarəti altında olacaq. O mənada ki, Trampın danışıqlarda verdiyi təklifə görə, İran özü nüvə silahı yaratmaq üçün istifadə olunan qurğuları sökməli və beynəlxalq və ya amerikalı nəzarətçilər yoxlamalar aparmalıdır. İrana atom enerjisi üçün lazım olan uran isə xaricdən tədarük olunacaq, İranın daxilində zənginləşdirilməyəcək.

İran bu şərtlərdən imtina etdi. Tramp da müharibə başlayanda bəyan etdi ki, biz bu razılaşmanı təklif etdik, İran bundan imtina etdi və indi onlar öz hərəkətlərinin bəhrəsini görürlər, lakin biz danışıqlara hazırıq. ABŞ çox güman ki, İranı razılaşmanı imzalamağa məcbur edəcək və bu ağır zərbələrdən sonra İranın bütün nüvə infrastrukturunu nəzarətə götürəcək ki, gələcəkdə nüvə silahını hazırlaya bilməsin.

– İrana hücumlar nəticəsində nüvə sızıntısı ilə bağlı məlumat yayılıb, bu doğrudurmu?

– İsrail mətbuatındakı məlumata görə, Azərbaycan vəziyyətin qiymətləndirilməsi üçün öz ekspertlərini cənub sərhədinə göndərib. Onlar radiasiya fonunu izləyəcəklər. Hər hansı sızıntı olarsa, ilk onlar biləcək. Hələ ki ciddi bir sızıntı yoxdur və ya heç kim bu barədə nəsə deməyib. Ümid edirəm ki, iranlıların bu məsələdə peşəkar davranıb, çünki normalara əsasən bütün nüvə obyektləri elə tikilməlidir ki, hərbi və ya dinc şəraitdə, məsələn zəlzələ və s. olarsa radiaktiv maddə sızıntısı olmasın.

Lakin iranlıların bu məsələdə nə dərəcədə peşəkar olduğunu demək çətindir. Hələ ki belə bir məlumat yoxdur və buna yol verməmək üçün İran ABŞ və İsrailin ondan tələb etdiyi müqaviləyə imza atmalı və nüvə silahından imtina etməlidir. Əgər nüvə sızıntısı olarsa bu, Tehran rejiminin vicdanına yazılacaq.

– İsrailin İrana hücumları güney azərbaycanlılar üçün hansı risklər yaradır?

– Güney azərbaycanlılar üçün təhlükəyə gəlincə, İsrail mülki obyektləri hədəf almır. İsrail bilir ki, İran əhalisinin çox hissəsi Ayətullah rejiminə qarşı çıxış edir və İsrailə simpatiya ilə yanaşır. Məsələn, yəhudilərə münasibətdə illik antisemitizmin indekslərini dərc edən beynəlxalq təşkilat Azərbaycan və Gürcüstanı saymasaq, (bu ölkələrdə daha aşağı həddədir – red.) məsələn, Ermənistan, Türkiyə və ərəb ölkələrindən fərqli olaraq İranda antisemitizm Yaxın Şərqdə ən aşağı həddədir. İran xalqı yəhudilərə və İsrailə simpatiya ilə yanaşır, biz bunu bilirik. İsrail də hər vəchlə çalışır ki, mülki obyektlərə ziyan dəyməsin.

Bu baxımdan birbaşa təhlükə yoxdur. Bilirsiniz ki, İsrail İran müxalifəti ilə, həmçinin rejimə müxalif olan Güney azərbaycanlılarla əlaqələrə malikdir. Bu baxımdan biz azərbaycanlıları öz müttəfiqimiz kimi görürük.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan savaşın dayandırılması üçün Trampla danışıb. Bu haqda fikir bildirərdiniz.

– Ərdoğan İsrailə qarşı düşmən münasibətdədir. Bu məsələdə o, çətin ki, nəsə edə bilsin. Trampın mövqeyinə gəlincə, bunu artıq demişəm. O, İsrailin hərəkətlərini dəstəkləyir. ABŞ hərbi əməliyyatlarda iştirak etmir, amma Tehranın daha əvvəl ABŞ hərbi bazalarını hədəfə alınacağı barədə bəyanatı reallaşarsa amerikalılar yəqin ki, müdaxilə edəcək. Lakin hələ ki bu baş verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 İyun 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri