İsrail HƏMAS və “İslami cihad“ üzvlərinin zərərsizləşdirildiyini bildirdi
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Müdafiə Ordusu (SAXAL) "İslami cihad" radikal təşkilatının Xan Yunis briqadasının "Nuhba" xüsusi təyinatlı dəstəsinin komandirini və HƏMAS hərəkatının "Nuhba" xüsusi bölməsinin bir üzvünü məhv etdiyini açıqlayıb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Briqadanın Xan Yunis bölməsinin "Nuhba" dəstəsinin komandiri Zəki Yusif Mahmud Əbu Mustafa Qəzza zolağının cənubuna endirilən zərbə nəticəsində məhv edilib. Digər bir zərbə zamanı isə yeni döyüşçülərin cəlb olunması ilə məşğul olan HƏMAS-ın "Nuhba" bölməsinin üzvü Məhəmməd Üsamə Əbd əl-Əziz zərərsizləşdirilib", - deyə açıqlamada bildirilib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, "İslami cihad"ın "Nuhba" xüsusi təyinatlı dəstəsinin məhv edilən komandiri 2023-cü il oktyabrın 7-də Nir-Oz kibutsuna hücumda və bir israillinin qaçırılmasında iştirak edib.
"Son aylarda Əbu Mustafa Qəzza zolağında terror təşkilatının hərbi potensialının bərpasında mühüm rol oynayıb ki, bu da atəşkəs razılaşmasının pozulması deməkdir. Onun son fəaliyyəti və SAXAL üçün yaratdığı birbaşa təhlükə nəzərə alınaraq, Əbu Mustafa dəqiq zərbə nəticəsində məhv edilib", - deyə qurumun açıqlamasında qeyd olunub.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 21 İyun 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















