Icma.az
close
up
RU
İsrail İran hərbi qarşıdurması hər zaman aktualdı

İsrail İran hərbi qarşıdurması hər zaman aktualdı

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


"12 günlük İsrail-İran müharihəbəsində ciddi miqdarda hərbi sursat itkisinə məruz qalan İran ballistik raket ehtiyatlarını sürətlə artırmaqdadır və müharibədən əvvəlki həcmi bərpa etməyə yaxındır. Təbii olaraq İsrail hökuməti hər zamankı kimi İranın hərbi potensialının bərpa olunması yolundakı sürətli addımlarını və nüvə layihəsinin davam etdiriləcəyinə dair İran rəsmilərinin bəyanatlarını özünə qarşı təhlükə kimi qəbul edir və bunun qarşısının alınacağını bildirir. İsrailin Baş Naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla planlaşdırılan görüşündə bu məsələni müzakirə edərək, qabaqlayıcı tədbirlərin görülməsi üçün ondan tam dəstək almaq niyyətindədir.
İsrail və İran arasında düşmənçilik münasibətləri İranın İsrailə qarşı ideoloji dözümsüzlük siyasəti davam etdikcə səngiməyəcəkdir. İki dövlət arasındakı münasibətlər zaman-zaman artan gərginliklər və qısa müddətli hərbi qarşıdurmalar şəklində inkişaf edəcəkdir".
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Elçin Ağamalı mümkün İsrail-İran müharibəsi barədə danışarkən səsləndirib. O deyib ki, İran düşmənləri ilə hərbi qarşıdurmanı əsasən özünün proksi qüvvələri vasitəsilə həyata keçirir:
"İsrailin Hizbullaha qarşı Qəzza bölgəsindəki hərbi əməliyyatları İranın bu ölkəyə yaxından müdaxilə imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdır. Həmçinin, 12 günlük müharibə zamanı İran hakimiyyəti İsrail hərbi hava qüvvələrinin və kəşfiyyatının ölkədə nə qədər sərbəst və dəqiq əməliyyatlar keçirdiklərini düşünürəm ki, unutmayıblar. Bu baxımdan İranın birinci olaraq hərbi qarşıdurmaya gedəcəyini zənn etmirəm.
İsrail isə öz növbəsində İranın nüvə obyektlərinə və kadr potensialına ciddi zərər vurmuşdur və bu proqramın qısa zamanda əvvəlki səviyyəyə çatması ehtimalı yoxdur".
Elçin Ağamalı deyib ki, İranın raket istehsalı müəssisələrinin və raket ehtiyatlarının məhv edilməsi üçün isə böyük güc sərf etməyə lüzum yoxdur:
"İran ballistik və digər hərbi raketlərin istehsalını kifayət qədər yaxşı mənimsəmişdir və bu yöndə itiriləcək potensialını qısa vaxtda yenidən bərpa etmək iqtidarındadır.
Ümumi mənzərə ondan ibarətdir ki, İsrail-İran hərbi qarşıdurması hər zaman aktualdır. Ancaq yaxın zamanda iri miqyaslı hərbi qarşıdurmanın olacağı qənaətində deyiləm".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Dekabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri