Icma.az
close
up
RU
İsrail İran və proksi qüvvələrinə qarşı

İsrail İran və proksi qüvvələrinə qarşı

Aznews.az saytına istinadən Icma.az xəbər verir.

Livanla atəşkəs razılaşması İsrailə hərbi baxımdan iki üstünlük qazandırdı:

1. Hizbullahın sərhəddən uzaqlaşdırılması və Litani çayının (Nəhr əl-Litani) qruplaşmanın qarşısında təbii səddə çevrilməsi;

2. Şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, evlərini tərk edənlər təhlükəsiz şəkildə geri qayıtması;
Hizbullaha qarşı əməliyyat başlayanda bunun 2006-cı il müharibəsinə bənzəyəcəyi – qısa müddətli olacağı və hədəfin qruplaşmanı sərhəddə təhlükə yaratmayacaq məsafəyə qədər uzalaşdırmaq olduğu gözlənilirdi. Həsən Nəsrullahın öldürülməsi ilə İsrail Hizbullah üzərində psixoloji baxımdan da üstünlük qazandı. Hərçənd, bütün bunlar taktiki uğurlardır. Netanyahu hakimiyyəti Hizbullahı tamamilə sıradan çıxarmaq və İranı müharibəyə cəlb etmək həddinə qədər getməkdə maraqlı idi. Qərbli müttəfiqlərinin təzyiqi və Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərar irəliləmənin önünün kəsən amildir.

Rəsmi şəkildə qarşı çıxsalar da, bu qərarın-təzyiqin arxasında Bayden Administrasiyasının dayandığı aydın görünür, əks təqdirdə ABŞ-ın istəyi olmasaydı BCM-də hökmün verilməsi çətin olardı. Bayden üçün atəşkəs Ağ Evi “diplomatik uğurla” tərk etməkdirsə, Fransa üçün Livanda mövqelərini qorumaq məqsədi daşıyır. Eyni zamanada, ABŞ-ın hazırki administrasiyası ilə Fransa arasında post-Bayden dövründə Trampın Ukrayna və Yaxın Şərqdə mümkün addımlarına qarşı balansın yaradılması məqsədilə uzlaşma da müşahidə edilir.
Bayden və Makron yaxın perspektiv üçün istəyinə nail olsa da, İsrailin taktiki uğurla kifayətlənəcəyini demək çətindir. İstisna deyil ki, Trampın Ağ Evə gəlişindən sonra İsrail İran və proksi qüvvələrinə qarşı daha genişmiqyaslı əməliyyatlara start verəcək, lakin növbəti hədəf Suriya və Yəməndəki qruplaşmalar olacaq.
Bu atəşkəsdən Bayden Administrasiyası, Fransa və İsraillə yanaşı, Livan hökuməti də qazanclı çıxdı, xüsusilə Hizbullahın hərbi və siyasi müstəvidə zəifləməsi fonunda ölkəyə nəzarəti ələ almaq baxımından. İran itirən tərəf kimi görünür, amma baş verənlər Tehran üçün “pis və ən pis” arasında seçim – proksi qüvvələrinin “qalxan” kimi istifadə edilməsi idi. Hizbullahın zəifləməsi post-Xameneyi dövrünə hazırlaşan İran üçün qruplaşmanı formatlamaq və yenidən formalaşdırmaq baxımından heç də səmərəsiz deyil.

Asif NƏRİMANLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 28 Noyabr 2024 02:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see176

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see144

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see139

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see138

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see136

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see131

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see130

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see129

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see128

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see128

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see125

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see121

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see119

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see116

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see115

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see114

Növbəti iki gündə Bakıda leysan yağacaq

14 Aprel 2025 12:25see114

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see113

Cənub şəhərində bir gecə Aliyə Kərimzadənin hekayəsi

14 Aprel 2025 16:01see112

Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq üçün bərpa yolundadır

14 Aprel 2025 16:13see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri